Azərbaycan, Bakı, 06 mart / Trend /
Azərbaycanın futbol üzrə Premyer-Liqada çıxış edən "Olimpik Bakı" klubunun adı dəyişdirilib, - cümə günü Trend -a Azərbaycan Futbol Federasiyaları Assosasiyasından (AFFA) məlumat verilib.
Növbəti mövsümdən etibarən klub "Olimpik Şüvəlan P.F.K. Bakı" adı altında çıxış edəcək. Artıq bununla bağlı klub rəhbərliyi tərəfindən AFFA-ya rəsmi müraicət edilib.
AFFA prezidenti Rövnəq Abdullayev ötən il Bakı klublarına adlarının dəyişdirilməsini tövsiyə etmişdi.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]