Azərbaycan, Bakı, 16 mart / Trend , müxbir E.Məmmədov /
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövnəq Abdullayev bildirib ki, Azərbaycan milli komandası üçün Mərdəkan qəsəbəsində baza tikiləcək.
Onun sözlərinə görə, baza daxilində 5 min nəfərlik stadion da inşa ediləcək, Trend məlumat verir. Abdullayev bildirib ki, yığma üçün baza bu il hazır olacaq. Mərdəkanda yerləşən "Dalğa" İstirahət Mərkəzi AFFA-nın balansına keçib və yeni baza da onun yaxınlığında olacaq.
İndiyədək bazası olmayan milli komandamız hazırlıq zamanı müxtəlif otellərdə məskunlaşmalı, ayrı-ayrı stadionlarda məşq etməli olur.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]