...

Los-Ancelesdə azərbaycanlıların Soyqırım Günü qeyd olunub

Cəmiyyət Materials 1 Aprel 2009 15:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 aprel / Trend , müxbir N.Abdullayeva /

Los-Ancelesdə azərbaycanlıların Soyqırım Günü qeyd olunub.

Tədbirin təşkilatçıları qismində Azərbaycan-Amerikan İttifaqı (AAİ) və ABŞ-da Azərbaycanlıların Birliyi (AAB) çıxış edib.

91 il əvvəl, 1918-ci ilin 30 martından aprelin 3-nə qədər Bakı bolşevik qüvvələri Ermənistan İnqilab Federasiyasının (Daşnaksütun) silahlı döyüşçülərinin dəstəyi ilə Bakının müsəlman məhəllələrinə hücum edib, 12 000 dinc azərbaycanlını qətlə yetirib. Azərbaycanın digər hissələrində 1918-ci ilin aprel və avqust ayları arasında daşnaq milisi və sovet qüvvələri tərəfindən törədilən kütləvi qırğınlar baş verdi.

BMT-nin soyqırım cinayətlərinin qarşısının alınması və cəzalandırılması üzrə 1948-ci il Konvensiyasına uyğun olaraq istənilən milli, etnik, irqi və ya dini qrupun tam və ya qismən məhv edilməsi məqsədilə törədilən istənilən fəaliyyət soyqırım aktı hesab edilir.

Belə niyyət sovet Bakısının bu etnik ayrıseçkiliyin tərəflərindən birinə - daşnaklara, digər tərəfin yalnız etnik mənsubiyyətinə görə müsəlman-azərbaycanlıların təcrid və məhv edilməsinə yardım edilməsi qərarında aşkar görünürdü. Əslində mart qırğınını qələbə kimi qiymətləndirən Bakı Sovetinin lideri, milliyətcə erməni olan Stepan Şaumyan bildirmişdi: "Bizim üçün döyüşün nəticələri əla oldu. Düşmənin məhvi başa çatdırıldı".

Azərbaycanlılara münasibətdə etnik təmizləmələr və kütləvi deportasiyalar siyasəti bütün sovet hakimiyyəti dövründə XX əsrdə davam etdirilib. 1948 və yenidən 1964-cü ildə yüz min azərbaycanlı Ermənistandan deportasiya edilib və Azərbaycanda yerləşdirilib. 1988-ci ildə bir neçə ay ərzində 200 000-dən çox azərbaycanlı Ermənistandan qovularaq, Dağlıq Qarabağ münaqişəsinin ilk qaçqın dalğasını yaratdı və Ermənistanı monoetnik dövlətə çevrildi. Etnik azərbaycanlılara münasibətdə nifrətdolu cinayətlərin zirvəsi 1992-ci ildə Xocalı şəhərində baş tutmuşdu. Bu, erməni səhra komandirinin fikrincə, bütün bir xalqa qarşı "intiqam aktı" idi.

"Mart günləri" həmişə Azərbaycan xalqının yaddaşında olub və ölkənin ümummilli lideri Heydər Əliyevin 1998-ci ildə imzaladığı sərəncama əsasən 31 mart tarixi rəsmən azərbaycanlılarına Soyqırım Günü elan edilib.

Bu gün insanlığa qarşı cinayətlərin qurbanlarının xatirəsi naminə ABŞ azərbaycanlılarına qoşularaq AAİ və AAB, Cənubi qafqaz regionunda ədalət, şəfa və möhkəm sülhə nail olmaq üçün "Mart günləri"nin ədalətli qiymətləndirilməsinə çağırır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti