...

Azərbaycanda dini icmanın rəhbəri sərbəst buraxılıb

Cəmiyyət Materials 27 Aprel 2009 10:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 aprel / Trend , müxbir K.Zərbalıyeva /

Yasamal rayon Dini İcmasının rəhbəri bazar günü axşam saatlarında saxlanılıb və elə həmin axşam sərbəst buraxılıb.

İcmanın nümayəndəsi, vəkil Muxtar Mustafayev bazar ertəsi Trend -a bildirib ki, Mirvaleh Mövsümov polisə müqavimət göstərdiyi üçün saxlanılıb və xəbərdarlıq ediləndən sonra buraxılıb.

Dini icmanın rəhbəri Bakıda qanunsuz tikildiyi iddia olunan Məhəmməd Peyğəmbər məscidinin sökülməsinə başlanmazdan öncə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Trend -un arayışı: Yasamal rayon məhkəməsi ötən il noyabrın 28-də Yasamal rayon  İcra Hakimiyyətinin iddiası əsasında, Murtuza Muxtarov  küçəsi, 190 ünvanında yerləşən  Məhəmməd Peyğəmbər məscidinin sökülməsi barədə qətnamə çıxarıb.

Məhkəmə qətnaməsi onunla əsaslandırılıb ki, qeyd edilən ünvanda "təyinatı məlum olmayan qeyri-yaşayış sahəsi" tikilib.

Məscid nümayəndələri Bakının Yasamal rayon məhkəməsinin qətnaməsindən Bakı Apellyasiya Məhkəməsinə şikayət veriblər.

Şikayətdə qətnamənin tamamilə əsassız və qanunsuz olması səbəbindən ləğv edilməsi, iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılması xahiş olunur.

Mustafayev məkəmə qərarı qüvvəyə minmədən məscidin sökülməsinə başlanmasını qanunsuz sayır.

Onun sözlərinə görə, məhəmənin qətnaməsi Bakı şəhər Apellyasiya Məhkəməsində baxılıb qərar çıxarılmadan icraya yönəldilə bilməz. Vəkil bildirib ki, məscid İcra Hakimiyyətinin əməkdaşları tərəfindən sökülüb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend -a bildirib ki, məscidin sökülməsi məhkəmə qətnaməsinin icrası ilə bağlıdır.

Ədliyyə Nazirliyinin Məhkəmə İcracıları Baş İdarəsinin rəisi Xanlar Zeynalov isə bazar ertəsi Trend -a bildirib ki, onlara məscidlə bağlı hər hansı iş daxil olmayıb və Peyğəmbər məscidinin sökülməsindən xəbərsizdir.

Baş İdarənin rəisi məsələnin araşdırılacağını deyib.

Trend -un arayışı: Qafqaz Müsəlmanları İdarəsi (QMİ) qanunsuz tikildiyi iddia olunan Məhəmməd Peyğəmbər məscidinin sökülməsi ilə razı deyil.

Məscidin nümayəndələri Avropa Şurasının Baş katibi Terri Devisə müraciət edərək, Peyğəmbər məscidinin sökülməməsinə yardımçı olmasını xahiş ediblər.

Devis onların məktubuna cavab olaraq bildirib ki, məscidin sökülməsi ilə bağlı mübahisənin ölkə qanunvericiliyi çərçivəsində həllinə tərəfdardır və bu məsələ onun təmsil etdiyi qurumun səlahiyyətində deyil.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti