...

Türkiyə və Azərbaycan xalqlarını bir-birindən heç nə ayıra bilməz - Bütün Qafqazın şeyxi

Cəmiyyət Materials 14 May 2009 14:49 (UTC +04:00)
Türkiyə və Azərbaycan xalqlarını bir-birindən heç nə ayıra bilməz -  Bütün Qafqazın şeyxi

Azərbaycan, Bakı, 14 may / Trend , müxbir R.Hafizoğlu /

Azərbaycan və bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə İstanbulda VII Avrasiya İslam Şurası Forumunda çıxışı zamanı bildirib ki, Türkiyə və Azərbaycan xalqlarını bir-birindən heç nə ayıra bilməyəcək,  Trend -un məlumatına görə, bu haqda Türkiyənin CİHAN infotrmasıya agentliyi məlumat verib.

"Azərbaycan və Türkiyə xalqlarını bir-birindən ayırmaq istəyənlərin olmasına baxmayaraq, iki milləti heç kimin ayırması mümkün deyil", - deyə Hacı Allah Şükür Paşazadə bildirib.

Avrasiya İslam Şurası Forumunun fəaliyyətinə münasibət bildirən Qafqazın şeyxi onu da bildirib ki, bu forum müsəlmanlar arasında fikir mübadiləsinin aparılması üçün çox önəmlidir.

Şeyx onu da qeyd edib ki, Azərbaycan və türk xalqları hər zaman bir yerdə olub və olacaqlar.

"Son zamanlar yayılan dedi-qodular millətlərimi bir yerdə görmək istəməyənlərin işləridir. Xalqlarımızı ayırmaq istəyənlərə fürsət verməməliyik",  - deyə o bildirib.

Qafqazın şeyxi onu da bildirib ki , Bakıdakı Şəhidlər camisi sadəcə təmir məqsədilə müvəqqəti bağlanıb.

"Azərbaycan və Türkiyə arasında din sahəsində yaxşı əlaqələr mövcuddur. Bakıdakı Şəhidlər camisi təmir üçün bağlanıb. İki ölkə arasında münasibətləri pozmaq istəyən qüvvələr bu məsələni şişirdərək, ona siyasi don geyindirilər", - deyə o qeyd edib.

Trend -un arayışı: Türkiyə-Ermənistan sərhədlərinin açılması barədə informasiyalar yayılsa da, rəsmi Ankara bunu birmənalı təkzib edib.

"Təəssüflər olsun ki, son zamanlar Türkiyə-Azərbaycan qardaşlığını pozmaq istəyənləri gördük. Erməni mətbuatı Türkiyənin Ermənistanla şərt qoymadan münasibətləri quracağını bildirib. Bu, böhtandır, yalandır. Kimə inanmaq lazımdır, erməni mətbuatına, yoxsa bir dövlətin Baş naziri və Prezidentinə? Mən dəfələrlə demişəm və yenə də deyirəm ki, Türkiyə heç zaman Dağlıq Qarabağdan vaz keçməyəcək",  - deyə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan dünən Bakıda səfəri zamanı bildirib.

Xəbər lenti

Xəbər lenti