...

Azərbaycan Gimnastika Federasiyasının regionlarda idmanın inkişafı ilə bağlı planları var – vitse-prezident

Cəmiyyət Materials 14 May 2009 16:29 (UTC +04:00)
Azərbaycan Gimnastika Federasiyasının regionlarda idmanın inkişafı ilə bağlı planları var – vitse-prezident

Azərbaycan, Bakı, 14 may / Trend , müxbir D.İbrahimova /

"Azərbaycan Gimnastika Federasiyasının (AGF) regionlarda idmanın inkişafı ilə bağlı planları var", - bu gün mətbuat konfransında jurnalistlərə federasiyanın vitse-prezidenti Altay Həsənov deyib.

"Bu bizim istəyimizdir. Biz regionlarda idmanı inkişaf etdirmək istəyirik", - o deyib.

Onun fikrincə, hansısa regionun ayrılıqda buna hazır olduğunu söyləmək olmaz 

"İstənilən idman növü xüsusi hazırlıq tələb edir və biz regionların bütün tələblərə cavab verməsi üçün hər şey etməliyik", - Həsənov bildirib.

"Böyük yarışlara hazırlıq üçün federasiyaya vaxt tələb olunur", - Həsənov hesab edir.

Mayın 15-də Bakıda bədii gimnastika üzrə 2009-cu ilin Avropa Çempionatı başlayır. Yarışın keçirilməsi məsuliyyətini AGF öz üzərinə götürüb. Yarışlarda 32 ölkədən 186 gimnast iştirak edəcək. Həmin gün yerli vaxtla saat 18.30-da çempionatın rəsmi açılış mərasimi keçiriləcək.

Xəbər lenti

Xəbər lenti