...

İtaliyanın "Yuventus" komandasının baş məşqçisi istefaya göndərildi

Cəmiyyət Materials 19 May 2009 11:43 (UTC +04:00)

Azərbaycan, Bаkı, 19 may / Trend , müxbir A.Hüseynbala /

İtaliyanın "Yuventus" futbol klubunun rəhbərliyi baş məşqçi Kladuio Ranyerini istefaya göndərib.

Turin şəhərinin bu adlı-sanlı komandasının baş məşqçi səlahiyyətlərinin icrası klubun gənclərdən ibarət heyətinin məşqçisi Çiro Ferraraya tapşırılıb.

Klub rəhbərliyi Rahyerinin istefaya göndərilməsinin səbəbini "Yuventus"un son yeddi oyunda qalib gələ bilməməsi, nəticədə komandanın gələn mövsüm Çempionlar liqasında oynaya bilməməsi təhlükəsi ilə izah edib.

Ranyeri Turin klubuna 2007-ci ilin yayından rəhbərlik edir və onunla üç illik müqavilə imzalanmışdı. "Qoca sinyora" 2007-2008-ci il mövsümündə çempionatda üçüncü yeri tutub. Builki mövsümün başa çatmasına iki oyun qalmış "Fiorentina"dan bir xal çox toplayan komanda yenə üçüncü yerdədir.

İtaliya çempionluğuna gəldikdə, Milanın "İnter" klubu rəqiblərin qabaqlayaraq artıq nöbəti dəfə "Skudetto"nu təmin edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti