...

Azərbaycanda internet-mətbuatın peşəkarlığı ilə bağlı problemlər var - MTRŞ

Cəmiyyət Materials 4 İyun 2009 12:15 (UTC +04:00)
Azərbaycanda internet-mətbuatın peşəkarlığı ilə bağlı problemlər var - MTRŞ

Azərbaycan, Bakı, 04 iyun / Trend müx C.Babayeva /

Azərbaycanda internet-mətbuatın peşəkarlıq səviyyəsi ilə bağlı ciddi problemlər var və bu sfera ciddi tənzimlənməyə ehtiyac duyur, cümə axşamı Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli Avropa Şurası ilə birgə təşkil edilmiş "Azərbaycanda internet-mətbuatın tənzimlənməsi" konfransında deyib.

"İnternet-mətbuatın tənzimlənməsi ilə yalnız hökumət və QHT-lər məşğul olmamalıdırlar. İnternet-mətbuat özü-özünü tənzimləməlidir", - Məhərrəmli bildirib.

"Elektron KİV-lərin tənzimlənmə yollarının dialoq vasitəsi ilə tapılması mümkündür", - MTRŞ rəhbəri bildirib.

"İnternet-mətbuatda fikir və söz azadlığına riayət olunmalıdır", - Avropa Şurasının Azərbaycandakı nümayəndəsi Veronika Kotek bildirib.

"Söz azadlığı internet-mətbuatdan məsuliyyət tələb edir", - Kotek deyib.

"Azərbaycan Avropa ölkələrinin təcrübəsini öyrənərək internet-mətbuatın tənzimlənmə yollarını tapa bilər", - o əlavə edib.

Məqalə müəllifi ilə əlaqə: [email protected]

Xəbər lenti

Xəbər lenti