...

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı beynəlxalq konfrans keçiriləcək

Cəmiyyət Materials 4 İyun 2009 15:43 (UTC +04:00)

Azərbaycan, Bаkı, 04 iyun / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı məsələlərinə həsr olunan beynəlxalq konfrans keçiriləcək.

"Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ATƏT-lə birgə təşkil edəcəyi konfrans payızda Bakıda olacaq", - şuranın sədri, millət vəkili Azay Quliyev cümə axşamı ATƏT-in Bakı ofisinin rəhbəri Bilge Cankorellə görüşündə bildirib.

Quliyev deyib ki, Azərbaycan Prezidenti yanında yaradılan şura ölkə QHT-lərinə təkcə maliyyə yardımı etmir, həm də onların bilik və bacarıqlarının artırılmasına, informasiya və texniki təminatına, beynəlxalq əlaqələrinin qurulmasına və digər problemlərinin həllinə yardım göstərir.

Onun sözlərinə görə, yaxın günlərdə Milli Məclisdə QHT qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı vaxtilə onun təqdim etdiyi "Könüllülük haqqında" qanun layihəsinin son oxunuşu olacaq.

ATƏT-in Bakı ofisinin rəhbəri Bakıda keçiriləcək beynəlxalq konfransa yaxından dəstək vermək istədiyini və digər sahələrdə də şura ilə əməkdaşlığa xüsusi diqqət yetirəcəyini vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti