...

Rus sektorunun abituriyentləri Azərbaycan dili üzrə ikinci imtahan verəcəklər

Cəmiyyət Materials 19 İyun 2009 14:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 iyun / Trend , müxbir C.Babayeva /

Azərbaycan dili üzrə iyunun 21-də Bakıda və Naxçıvanda keçiriləcək ikinci imtahanda rus sektorunun 3516 abituriyenti iştirak edəcək. 

"1996 abituriyent bu ilin, 1520 abituriyent ötən ilin məzunudur. 68 abituriyent xarici ölkə vətəndaşıdır. Azərbaycan dili üzrə keçid balı 12-dir", - deyə cümə günü jurnalistlərə TQDK-nın sədr müavini Namiq Babayev bildirib.

"Azərbaycan Respunlikasının dövlət dili haqqında" qanununa müvafiq olaraq rus sektoru abituriyentləri ali məktəbə daxil olarkən Azərbaycan dilindən test imtahanı verməlidirlər. Birinci imtahanda rus sektorunun 10934 abituriyentdən 8550 nəfəri test imtahanı verib. 

"Rus sektorunun abituriyentləri imtahan buraxılış vərəqəsinin alınması üçün tələsməlidirlər", - deyə Babayev bildirib. "Abituriyentlər buraxılış vərəqələrini iyunun 17-dən etibarən Dövlət Komissiyasının saytından çap edə bilərlər. İndiyədək abituriyentlərin təxminən 50 faizi buraxılış vərəqəsi əldə edib", - deyə o bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti