...

Azərbaycan mətbuatının bugünkü durumunu kifayət qədər müsbət dəyərləndirmək olar - Prezident Administrasiyasının şöbə müdiri

Cəmiyyət Materials 22 İyul 2009 19:05 (UTC +04:00)
Azərbaycan mətbuatının bugünkü durumunu kifayət qədər müsbət dəyərləndirmək olar. Trend News-un məlumatına görə, bu barədə Azərbaycan Mətbuatının yaranmasının 134-cü ildönümü ilə bağlı keçirilən tədbirdə Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.
Azərbaycan mətbuatının bugünkü durumunu kifayət qədər müsbət dəyərləndirmək olar - Prezident Administrasiyasının şöbə müdiri

Azərbaycan, Bakı, 22 iyul / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycan mətbuatının bugünkü durumunu kifayət qədər müsbət dəyərləndirmək olar. Trend -un məlumatına görə, bu barədə Azərbaycan Mətbuatının yaranmasının 134-cü ildönümü ilə bağlı keçirilən tədbirdə Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.

"Nəzərə alsaq ki, Azərbaycan cəmiyyəti bu gün informasiya korluğu çəkmir, mütəmadi olaraq obyektiv ve operativ məlumatlarla təmin edilir, o zaman mətbuatın bugünkü vəziyyətini müsbət dəyərləndirmək olar", - Həsənov vurğulayıb.

Azərbaycan mətbuatının problemlərinə toxunan Həsənov bildirib ki, mətbuatın əsas problemlərindən biri onun maddi durumu ilə bağlıdır.

"Mətbuatın bugünkü maddi-texniki vəziyyətinə, Azərbaycan jurnalistinin sosial vəziyyətinə baxanda, hazırkı durum bizi tam qane etmir", - şöbə müdiri bildirib.

O bildirib ki, mətbuat kommersiya strukuturu olaraq inkişaf etməlidir, qazanc gətirməlidir və jurnalistlərin maddi təminatı ödənilməlidir.

Həsənov bildirib ki, jurnalistlərin ve mətbuatın peşəkarlığı hakimiyyət orqanları və cəmiyyətin çox hissəsini qane etmir.

Onun sözlərinə görə, Azərbaycan mətbuatında çalışan peşəkarların sayı azdır ki, bu da müvafiq olaraq mətbuatın öz funksiyalarını reallaşdırmasına və həyata keçirməsinə mane olur.

Prezident Administrasiyasının şöbə müdiri qeyd edib ki, problemlərin aradan qaldırılması üçün ilk növbədə mətbuat işçiləri, jurnal və qəzet sahibləri, baş redaktorlar iradə nümayiş etdirməlidirlər.

"Qeyri-proffessional yazılar, qeyri-professional mövqelər mətbuat səhifələrinə çıxmamalıdır", - Həsənov vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti