...

İspaniyalı professor İKT baş katibinin qızıl medalı ilə təltif olunub

Cəmiyyət Materials 27 İyul 2009 15:47 (UTC +04:00)
İspaniyanın Barselona universitetinin müəllimlər heyətinin üzvü Xose Belver Martinez İslam mədəniyyəti tarixinin inkişafına verdiyi töhfələrə görə İslam Konfransı Təşkilatının baş katibi Ekmeleddin İhsanoğlunun qızıl medalı ilə təltif olunub.
İspaniyalı professor İKT baş katibinin qızıl medalı ilə təltif olunub

İspaniyanın Barselona universitetinin müəllimlər heyətinin üzvü Xose Belver Martinez İslam mədəniyyəti tarixinin inkişafına verdiyi töhfələrə görə İslam Konfransı Təşkilatının baş katibi Ekmeleddin İhsanoğlunun qızıl medalı ilə təltif olunub. Bu barədə təşkilatın press-relizində deyilir.

Fəlsəfə və tarixin öyrənilməsi sahəsində beynəlxalq mükafat iki il bundan əvvəl təsis edilib və dörd ildən bir təqdim edilir. Mükafat İKT baş katibinin - türkiyəli professorun şərəfinə "İhsanoğlu qızıl medalı" adlanır.

Martinez astronomiya tarixi üzrə fəaliyyətinə görə qızıl medalla təltif edilib. Medal qalibə avqustun 1-də Macarıstanın paytaxtı Budapeştdə tarixin və texnologiyaların inkişafı sahəsindəki beynəlxalq konqressdə İKT-nin baş katibi İhsanoğlunun iştirakı ilə təqdim olunacaq.

İhsanoğlu tarix və fəlsəfə sahələrinin inkişafındakı töhfələrinə görə ötən ildə "Layiq" beynəlxalq mükafatı ilə təltif olunan Türkiyənin ilk professoru və alimidir.

Xəbər lenti

Xəbər lenti