...

Azərbaycanın cənubunda diabetli və ata-ana himayəsindən mərhum olan uşaqlar üçün düşərgə təşkil olunub

Cəmiyyət Materials 3 Avqust 2009 11:01 (UTC +04:00)
“Diabet xəstəlik yox, həyat tərzidir” devizi altında keçirilən aksiyada bu xəstəlikdən əziyyət çəkən uşaqlar üçün yay düşərgəsi təşkil olunub. Bu barədə bazar ertəsi Trend News-a Azərbaycan Praktik Psixoloqlar Assosiasiyasının rəhbəri Elmira Mirzəyeva məlumat verib.
Azərbaycanın cənubunda diabetli və ata-ana himayəsindən mərhum olan uşaqlar üçün düşərgə təşkil olunub

Azərbaycan, Bakı, 03 avqust / Trend , müxbir P.Əliyeva /

Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Azərbaycanın cənubunda yerləşən Lənkəran rayonunda (paytaxt Bakıdan 270 kilometr aralı) diabetli və ata-ana himayəsindən mərhum olan uşaqlar üçün düşərgə təşkil olunub.

"Diabet xəstəlik yox , həyat tərzidir" devizi altında keçirilən aksiyada bu xəstəlikdən əziyyət çəkən uşaqlar üçün yay düşərgəsi təşkil olunub. Bu barədə bazar ertəsi Trend -a Azərbaycan Praktik Psixoloqlar Assosiasiyasının rəhbəri Elmira Mirzəyeva məlumat verib.

Düşərgəyə ilkin mərhələdə respublikanın müxtəlif rayonlarından 30 uşaq cəlb olunub. Bunlar əsasən şəkərli diabet xəstəsi və ata- ana himayəsindən mərhum olan uşaqlardır.

Mirzəyevanın bildirdiyinə görə, yaradılan düşərgənin əsas məqsəsdi bu cür uşaqların özlərini heç vaxt tənha hiss etməməsi və onların cəmiyyətə qaytarılmasıdır. Burda uşaqların təlim tərbiyəsi ilə 5 ali təhsilli pedaqoq, 4 həkim və 3 psixiator məşğul olur.

Uşaqlar istirahət etməklə yanaşaı, Lənkəranın tarixi yerlərini və müzeylərini də gəzəcəklər.
 
Düşərgə avqustun 15-dək davam edəcək.


Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti