...

İrandan Azərbaycana narkotik vasitə gətirən həmyerlilərimizə 40 il cəza verilib

Cəmiyyət Materials 6 Avqust 2009 12:47 (UTC +04:00)
İrandan Azərbaycana qaçaqmal yolu ilə külli miqdarda narkotik vasitə gətirən dəstə üzvlərinə hökm oxunub.
İrandan Azərbaycana narkotik vasitə gətirən həmyerlilərimizə 40 il cəza verilib

Azərbaycan, Bakı, 06 avqust / Trend , müxbir H.Bağırov /

İrandan Azərbaycana qaçaqmal yolu ilə külli miqdarda narkotik vasitə gətirən dəstə üzvlərinə hökm oxunub.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədən cümə axşamı Trend -a verilən məlumata görə, dəstə üzvləri İntizar Həmidov 14, Rəsul Fərəcov 14 və Telman İmanov 12 il müddətinə azadlıqdan məhrum ediliblər. Dəstənin digər üzvü Adil Yusubov xəstə olduğundan onun barəsindəki cinayət işi ayrı icraata verilib.

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həyata keçirdiyi əməliyyat zamanı dəstənin İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirdiyi 40 kiloqram həşiş müsadirə olunub.

Dəstə üzvləri İran vətəndaşları ilə əlbir olub, satış məqsədilə külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə gömrük nəzarətindən gizli yolla İrandan Azərbaycan ərazisinə gətiriblər. Əvvəlcədən əldə olunmuş razılığa əsasən ötən il oktyabrın 9-da həmin İran vətəndaşları qaçaqmalçılıq yolu ilə gətirdikləri narkotikləri İntizar Həmdəmova təhvil veriblər və o, narkotik vasitələri Astara şəhərinin yaxınlığındakı Maşxan kəndində gizlədib.

Həmidov narkotik vasitəni İmanova təhvil verib, İmanov isə onu 42 min dollara Yusubova satıb.

Oktyabrın 10-da Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsindəYusubov saxlanılıb, onun avtomobilinin yük yerinə baxış zamanı 40 kiloqrama yaxın narkotik vasitə olan həşiş aşkarlanaraq götürülüb.

Dəstə üzvləri Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və satma) maddələri ilə ittiham olunublar.




Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti