Azərbaycan, Bakı, 7 avqust / Trend , muxbir H.Bağırov /
Dövlətə xəyanətdə təqsirli bilinən Azərbaycan Milli Ordusunun keçmiş hərbi qulluqçusunun apellyasiya şikayəti təmin edilməyib.
Trend -un məlumatına görə, bu gün Şirvan Apellyasiya Məhkəməsində erməni əsirliyindən qayıdan hərbi qulluqçu Vüsal Heybətovun apellyasiya şikayətinə baxılıb və onun şikayəti təmin edilməyib. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin çıxardığı 11 il cəza qüvvəsində saxlanılıb.
Azərbaycan Ordusunun əsgəri, Qobustan rayonu Xilmilli kənd sakini 1989-cu il təvəllüdlü Vüsal Heybətov Ermənistan hərbçiləri tərəfindən ötən ilin aprel 11-də Ağdam rayonu istiqamətində əsir götürülüb, mayın 3-də Azərbaycan tərəfə təhvil verilib.
Heybətov dövlət əhəmiyyətli sirləri əsirlikdə olduğu müddətdə erməni xüsusi xidmət orqanlarının əməkdaşlarına verib.
Heybətov Cinayət Məcəlləsinin dövlətə xəyanət (274) maddəsi ilə ittiham olunub və Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]
Məhkəmə dövlətə xəyanətə görə məhkum olunmuş Azərbaycan Ordusu əsgərinin cəzasını azaltmadı
Dövlətə xəyanətdə təqsirli bilinən Azərbaycan Milli Ordusunun keçmiş hərbi qulluqçusunun apellyasiya şikayəti təmin edilməyib.
