Azərbaycan, Bakı, 19 avqust / Trend , müxbir H.Bağırov /
Azərbaycanda iki polisə ağır xəsarət yetirən şəxsə 10 il cəza verilib.
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədən çərşənbə günü Trend -a verilən məlumata görə, Salyan rayonu Yenikənd kəndinin sakini Xəyyam Qasımzadə Cinayət Məcəlləsinin ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə sağlamlığa ağır zərər vurma (126.2.4) və hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə (315.2) maddələri ilə ittiham olunanaraq məhkəmənin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qasımzadə bu il aprelin 27-də həmyerlisi Möhlət Mahmudovu bıçaqlayıb. O, daha sonra hadisə yerində olan Salyan Rayon Polis Şöbəsinin polis baş leytenantı Röyal Bağırovu və polis kapitanı Yaqub Həşimovu da bıçaqlayıb. Qasımzadə hadisə yerindən qaça bilsə də, həmin gün axşam polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində tutulub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]