...

Rusiya Prezidenti Qafqaz müsəlmanlarının liderini yubileyi münasibətilə təbrik edib

Cəmiyyət Materials 26 Avqust 2009 15:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 avqust / Trend , müxbir C.Babayeva /

Rusiya Prezidenti Dmitri Medvedev Qafqaz Müsəlmanları İdarəsinin sədri, MDB-nin Dinlərarası Şurasının həmsədri şeyx Hacı Allahşükür Paşazadəni 60 illiik yubileyi münasibətilə təbrik edib. Bu barədə Rusiya Prezidentinin rəsmi saytındakı məlumatda bildirilir.

"Siz nüfuzlu din xadimi kimi tanınmış simasınız. Sizin MDB-nin Dinlərarası Şurasının həmsədri və Qafqaz Müsəlmanları İdarəsinin sədri vəzifəsində yaradıcı fəaliyyətiniz Rusiya, Azərbaycan və Birliyin bütün ölkələri arasında dostluq, etibar və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə kömək edir, Qafqaz regionunda stabilliyə, uşaqların tolerant, sülhsevər və qarşılıqlı hörmət ruhunda tərbiyələndirilməsinə yardım edir", - təbrikdə deyilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti