NATO baş katibi Andreas Foq Rasmussen Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə birgə keçirdiyi mətbuat konfransında NATO-nun tərkibinin davamlı olaraq yenilənməli olduğunu bildirib.
Bu haqda Türkiyənin CNN Türk telekanalı məlumat verib.
"NATO-nun tərkibi davamlı olaraq yenilənməlidir", - deyə Rasmussen bildirib.
NATO baş katibi onu da bildirib ki, regionda təhlükəsizlik məsələlərində boşluq var.