...

Türkdilli ölkələrin aktyorlarının iştirakı ilə Ankarada Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin "Koroğlu" operası nümayiş etdirilib

Cəmiyyət Materials 16 Sentyabr 2009 11:45 (UTC +04:00)
Trend News-un məlumatına görə, TÜRKSOY-un, Türkiyə Nazirlər Kabinetinin Mədəniyyətə Yardım Fondu, Türkiyənin Mədəniyyət və Turizm, Qazaxıstanın Mədəniyyət və İnformasiya nazirliklərinin himayəsi ilə TÜRKSOY-un yaradılmasının 15 illiyi ilə bağlı 5 ölkədən 265 incəsənət ustasının iştirakı ilə hazırlanmış tamaşanın quruluşçu rejissoru həmyerlimiz, Ankaranın Qazi Universitetinin professoru Əflatun Nemətzadə, musiqi rəhbəri və dirijoru isə xalq artisti Rauf Abdullayevdir.
Türkdilli ölkələrin aktyorlarının iştirakı ilə Ankarada Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin "Koroğlu" operası nümayiş etdirilib

Azərbaycan, Bakı, 16 sentyabr / Trend , müxbir C.Babayeva /

Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin "Koroğlu" operası Qırğızıstan və Qazaxıstandan sonra Ankara Opera və Balet Teatrında nümayiş etdirilib.

Trend -un məlumatına görə, TÜRKSOY-un, Türkiyə Nazirlər Kabinetinin Mədəniyyətə Yardım Fondu, Türkiyənin Mədəniyyət və Turizm, Qazaxıstanın Mədəniyyət və İnformasiya nazirliklərinin himayəsi ilə TÜRKSOY-un yaradılmasının 15 illiyi ilə bağlı 5 ölkədən 265 incəsənət ustasının iştirakı ilə hazırlanmış tamaşanın quruluşçu rejissoru həmyerlimiz, Ankaranın Qazi Universitetinin professoru Əflatun Nemətzadə, musiqi rəhbəri və dirijoru isə xalq artisti Rauf Abdullayevdir.

Tamaşada Nigar rolunu azəbaycanlı aktrisa Zemfira İsmayılova ifa edib. Yüksək səviyyəli ifası ilə tamaşaçıların böyük rəğbətini qazanan xorun rəhbəri həmyerlimiz Elnarə Kərimovadır.

TÜRKSOY təşkilatının layihəsi çərçivəsində səhnələşdirilmiş "Koroğlu" operasının son təqdimatı sentyabrın 18-də Bakıda olacaq.

"Koroğlu" operası Türkiyədən öncə Qırğızıstan və Qazaxıstanda da nümayiş etdirilib.

Baş ofisi Ankarada yerləşən TÜRKSOY (Türk Kültür və Sənətləri Ortak Yönətimi) 1993-cü ildə Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkiyə və Türkmənistan tərəfindən yaradılmış beynəlxalq təşkilatdır. Təşkilatın əsas məqsədi türk xalqlarının ortaq maddi və mənəvi abidələrini qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə ötürmək istiqamətində türkdilli xalqlar arasında əməkdaşlıq etməkdir. Təşkilat eyni zamanda, YUNESKO da daxil olmaqla, bir sıra nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. TÜRKSOY-un ən yüksək orqanı üzv ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti