Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasında çıxışı zamanı İslam və terrorun bir-birinə zidd olduğunu və eyni anlama gəlmədiyini bildirib. Bu haqda Türkiyənin ANADOLU informasiya agentliyi məlumat verib.
"İslamın mənası sülh deməkdir. İslam heç vaxt terrora haqq qazandırmayıb", - deyə Ərdoğan bildirib.
Baş nazir onu da qeyd edib ki, İslam və terrorun adının bir yerdə hallanması doğru deyil.
"Bütün səmavi dinlərin mahiyyətində sülh durur. İslam kimi, digər dinlər də insanların qətlinə haqq qazandırmır", - deyə o bildirib.