...

Azərbaycanın cənub bölgəsində QİÇS xəstələrinin sayı artıb

Cəmiyyət Materials 5 Oktyabr 2009 11:44 (UTC +04:00)
Lənkəran Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) HİV/QİÇS diaqnostikası laboratoriyasının müdiri Rəmiəli İbişov bazar ertəsi Trend News-a bildirib ki, hazırda regionda 334 nəfər QİÇS xəstəsi var.
Azərbaycanın cənub bölgəsində QİÇS xəstələrinin sayı artıb

Azərbaycan, Lənkəran, 5 oktyabr / Trend , muxbir P.Əliyeva / Azərbaycanın cənub bölgəsində (Lənkəran, Astara, Masallı, Yardımlı, Lerik, Cəlilabad və Biləsuvar) QİÇS xəstələrinin sayı artıb.

Lənkəran Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) HİV/QİÇS diaqnostikası laboratoriyasının müdiri Rəmiəli İbişov bazar ertəsi Trend -a bildirib ki, hazırda regionda 334 nəfər QİÇS xəstəsi var.

Ötən ilin müvafiq dövründə QİÇS xəstələrinin sayı bölgədə 246 olub. Onun sözlərinə görə, HİV-ə yoluxanların 65-70 faizi narkotika aludəçiləridir.

İbişov deyir ki, Lənkəranda cari ilin 9 ayında QİÇS-ə yoluxmuş 19 xəstə aşkar edilib. Ümumi QİÇS daşıyıcılarının sayı isə rayonda 181 nəfərdir.

Onun sözlərinə görə, daşıyıcıların 9 nəfəri son üç ayda aşkarlanaraq qeydiyyata götürülüb.

Doqquz ayda aşkar edilən 19 nəfərin 14-ü kişi olmaqla narkomandırlar. Onların 11 nəfəri kənd , 8-i şəhər sakinləridir. Yoluxmaların 4-ü ər-arvad olmaqla ailəvi yoluxmadır.

İndiyədək rayonda 28 , 2009-un 9 ayında 7, son üç ayda isə 4 QİÇS-li xəstə dünyasını dəyişib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti