...

Azərbaycanlı taekvondoçu Kopenhagendə keçirilən dünya çempionatında medal qazanmağa yaxın olub

Cəmiyyət Materials 16 Oktyabr 2009 13:14 (UTC +04:00)
Trend News-un məlumatına görə, qadınların mübarizəsində ölkəmizin şərəfini qoruyan Seunqmi Li (57 kq) uğurlu start götürüb. Öncə çilili Mariya Yaranı 12:8, liberiyalı Andrea Paolini 6:4 hesabı ilə məğlub edən təmsilçimiz 1/8 finalda Mali taekvondoçusu Oumoure Traoreyə qalib gəlib - 11:2. Lakin 1/4 finalda Li uduzub.
Azərbaycanlı taekvondoçu Kopenhagendə keçirilən dünya çempionatında medal qazanmağa yaxın olub

A zərbaycan, Bakı, 16 oktyabr / Trend , müxbir A..Hüseynbala/

Azərbaycanın daha bir taekvondoçusu Danimarkanın paytaxtı Kopenhagendə keçirilən dünya çempionatında medal qazanmağa yaxın olub.

Trend -un məlumatına görə, qadınların mübarizəsində ölkəmizin şərəfini qoruyan Seunqmi Li (57 kq) uğurlu start götürüb. Öncə çilili Mariya Yaranı 12:8, liberiyalı Andrea Paolini 6:4 hesabı ilə məğlub edən təmsilçimiz 1/8 finalda Mali taekvondoçusu Oumoure Traoreyə qalib gəlib - 11:2. Lakin 1/4 finalda Li uduzub.

O, Veronika Kalabraseyə (İtaliya) cəmi 1 xal fərqi ilə uduzaraq (1:2), yarışla erkən vidalaşıb. Əgər taekvondoçumuz yarımfinala adlasaydı, avtomatik olaraq, ən azı bürünc medala sahib çıxacaqdı.

Digər idmançılarımız - Avropa çempionu Elnur Amanov (58 kq) və Aygül Abdullayeva (49 kq) birinci mərhələdə məğlub olublar. Bu gün milli komandamızın üzvlərindən Fariz Əliyev (63 kq), İlkin Şahbazov (68 kq) və Arzu Bağırova (53 kq) qüvvəsini sınayacaq.

Dünya çempionatında yığmamızın hesabında artıq bir medal var. Yarışın ilk günündə Rəşad Əhmədov (80 kq) bürünc medal qazanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti