...

Gürcüstan azərbaycanlıları QHT-lərin məscidlərin bərpasına müdaxilə etməsindən narahatdırlar

Cəmiyyət Materials 23 Oktyabr 2009 15:35 (UTC +04:00)
Azərbaycanlıların kompakt halda yaşadıqları Bolnisi rayonunun Faxralı kəndində və Qardabani rayonunun bir neçə kəndlərində bir sıra qeyri hökumət təşkilatları qədim məscidlərin bərpasına maneçilik törədilər, yerli hökumət orqanları isə bu məsələdə acizdirlər, Qafqaz tədqiqatlar mərkəzinin sədri Kamran Ramazanlı cümə günü jurnalistlərə deyib.
Gürcüstan azərbaycanlıları QHT-lərin məscidlərin bərpasına müdaxilə etməsindən narahatdırlar

Azərbaycan, Bakı, 23 oktyabr / Trend , müxbir M.Əliyev/

Gürcüstan Azərbaycanlıları Gürcüstan hökumətinin dini müdaxiləsindən narahatdır.

Azərbaycanlıların kompakt yaşadıqları Bolnisi rayonunun Faxralı kəndində və Qardabani rayonunun bir neçə kəndlərində bir sıra qeyri-hökumət təşkilatları (QHT) məscidlərin bərpasına maneçilik törədirlər, yerli hökumət orqanları isə bu məsələdə acizdirlər. Bu barədə Qafqaz Tədqiqatlar Mərkəzinin sədri Kamran Ramazanlı cümə günü jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Bolnisi rayonunun bütün kəndlərində müsəlman qəbristanlıqlarında xaçlar qoyulur.

Milli Məclisin deputatı Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadəyə bu məsələnin bütün Gürcüstan patriarxı katalikos II İliya ilə müzakirə edilməsinə dair məktub göndərilməsi təklifi ilə çıxış edib.

Daha əvvəllər Trend -un tədqiqatları nəticəsində məlum olmuşdu ki, əhalisi əsasən azərbaycanlılardan ibarət olan Kvemo-Kartli əyalətinin (Borçalı) Bolnisi rayonunun Qoçulu və Kəpənəkçi kəndlərində yerli Gürcüstan Patriarx İdarəsi tərəfindən 7-10 metr hühdürlüyü olan xaçlar qoyulub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti