Iran, Tehran, 25 oktyabr / Trend , müxbir T.Cəfərov/
Bu gün İranın mədəniyyət və irşad naziri Məhəmməd Hüseyni Tehranda keçirilən XVI Beynəlxalq Mətbuat və İnformasiya Agentliklərinin Festival-Sərgisinə gəlib.Nazir tədbirdə iştirak edən xarici ölkələri təmsil edən mətbuat orqanlarının guşələrini ziyarət edib, onların fəaliyyəti ilə maraqlanıb.
M. Hüseyni Azərbaycan pavilyonunda da olub. Nazir Azərbaycanın informasiya agentliklərinin fəaliyyəti ilə də maraqlanıb, ona bu barədə ətraflı məlumat verilib. Sərgidə Azərbaycanı Trend informasiya agentliyi də təmsil edir.
M. Hüseyni pavilyonla tanışlıq zamanı Azərbaycan və İran arasında mədəni əlaqələrin, o cümlədən mətbuat sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
İranın irşad və mədəniyyət naziri Tehranda keçirilən XVI Beynəlxalq Mətbuat və İnformasiya Agentliklərinin Festival-Sərgisində Azərbaycan pavilyonu ilə tanış olub
İranın irşad və mədəniyyət naziri Tehranda keçirilən XVI Beynəlxalq Mətbuat və İnformasiya Agentliklərinin Festival-Sərgisində Azərbaycan pavilyonu ilə tanış olub