...

Azərbaycanın Sumqayıt şəhərinin nümayəndə heyəti Gürcüstana səfər edəcək

Cəmiyyət Materials 29 Oktyabr 2009 11:02 (UTC +04:00)
Sumqayıt Şəhər İcra hakimiyyətindən cümə axşamı Trend News-a verilən məlumata görə, Rustavi şəhərinin meri Mamuka Çikovaninin dəvəti ilə oktyabrın 30-dan noyabrın 2-dək baş tutacaq səfər çərçivəsində nümayəndə heyəti şəhər rəhbərliyi ilə qarşılıqlı münasibətlərin müzakirəsinə dair görüşlər keçirəcək, həmçinin Rustavinin Şəhər günü münasibətilə təşkil olunmuş bayram şənliklərində iştirak edəcək.
Azərbaycanın Sumqayıt şəhərinin nümayəndə heyəti Gürcüstana səfər edəcək

Azərbaycan, Bakı, 29 oktyabr / Trend , muxbir K.Zərbalıyeva/

Azərbaycanın Sumqayıt şəhərinin nümayəndə heyəti Gürcüstana səfər edəcək.

Sumqayıt Şəhər İcra hakimiyyətindən cümə axşamı Trend -a verilən məlumata görə, Rustavi şəhərinin meri Mamuka Çikovaninin dəvəti ilə oktyabrın 30-dan noyabrın 2-dək baş tutacaq səfər çərçivəsində nümayəndə heyəti şəhər rəhbərliyi ilə qarşılıqlı münasibətlərin müzakirəsinə dair görüşlər keçirəcək, həmçinin Rustavinin Şəhər günü münasibətilə təşkil olunmuş bayram şənliklərində iştirak edəcək.

Sumqayıt və Rustavi şəhərləri yarım əsrlik tərəfdaşlıq əlaqələrinə malikdirlər. II Dünya müharibəsindən sonra yaradılan bu şəhərlərdə əsasən ağır sənaye müəssisələri, iri metallurgiya və kimya zavodları yerləşir. 2007-ci ildə Rustavi şəhərinin mərkəzi olduğu Kvemo-Kartli regionunun nümayəndə heyətinin Azərbaycana səfəri zamanı şəhərlər arasında qardaşlıq əlaqələrin bərpasına dair saziş imzalanıb, ikitərəfli əlaqələrin inkişafında yeni mərhələ başlanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti