Azərbaycanda məhkəmələr övladlığa götürmə ilə əlaqədar işlərə baxarkən pozuntulara yol verirlər - Ali Məhkəmənin Plenumu

Azərbaycanda məhkəmələr övladlığa götürmə ilə əlaqədar işlərə baxarkən pozuntulara yol verirlər - Ali Məhkəmənin Plenumu

Azərbaycan, Bakı, 29 oktyabr / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycan Ali Məhkəməsinin Plenumunda övladlığa götürmə ilə bağlı məhkəmə təcrübəsi müzakirə edilib.

Ali Məhkəmədən cümə axşamı Trend -a bildirilib ki, ötən il məhkəmələrdə övladlığa götürmə və övladlığa götürmənin ləğvi ilə əlaqədar baxılan mülki işlərin ümumiləşdirilməsi aparılıb. Məhkəmə ümumiləşdirməsi zamanı məlum olub ki, məhkəmələr övladlığa götürmə və övladlığa götürmənin ləğvi ilə əlaqədar mülki işlərə baxarkən bir sıra pozuntulara yol verirlər.

Belə ki, məhkəmə övladlığa götürmə ilə bağlı qərar verərkən həm övladlığa götürənin, həm də övladlığa verilənin sağlamlıq durumu ilə bağlı həkim rəyi tələb etməlidir. Həmçinin övladlığa götürənin həmin uşağı saxlamaq üçün maddi imkanının olub-olmadığını araşdırmalıdır.

Lakin təcrübədə məhkəmələrin bu halları araşdırmadıqları, övladlğa götürənlərin böyük əksəriyyətinin 65 yaşdan yuxarı şəxslər olduğu məlum olub.

Məhkəmə ümumiləşdirməsi zamanı məlum olub ki,övladlğa götürənlərin məqsədi övladlığa götürülənlərin gələcəkdə onların əmlaklarına sahib olmaq və onların təqaüdlərini almaq istəyidir.

Ümumiləşdirmə zamanı məlum olub ki, 2008-ci ildə məhkəmələr tərəfindən bu qəbildən olan 792 işə baxılıb. 2007-ci ildə isə bu göstərici 959 təşkil edib.

Həmin işlərdən 617-si övladlığa götürmə, 45-i isə övladlığa götürmənin ləğvi ilə bağlıdır. 792 işdən 724-ü üzrə qətnamə çıxarılıb, 60 iş baxılmamış saxlanılıb, 8 iş üzrə icraata xitam verilib. Qətnamə çıxarılan 724 işdən 706-sı təmin olunub, 18-i isə rədd edilib.

Övladlığa götürülən uşaqlardan 477 nəfəri 10 yaşınadək, 99 nəfəri 10-17 yaşınadək olan uşaqlardır.

Övladlığa verilən uşaqların 457 nəfəri hər iki, 119 nəfəri isə bir valideyni olan uşaqlardır. Övladlığa götürülən uşaqlardan 559 nəfəri Azərbaycan vətəndaşlarına, 7-si isə əcnəbi vətəndaşlara (Türkiyə, ABŞ, Norveç, Rusiya və Gürcüstan) verilib.

Azərbaycan vətəndaşlarına övladlığa verilənlərin əksəriyyəti yaxın qohumluq münasibətlərində olan şəxslərdir.

Məhkəmələrin yol verdiyi nöqsanlardan digəri isə övladlğa götürmə və ya övladlğa götürmənin ləğvi ilə bağlı məhkəmə qərarlarının açıq elan olunmasıdır.

Qanuna görə, bu qəbildən olan işlərə məhkəmələr qapalı iclasda baxmalıdılar. Lakin bütün məhkəmə qərarlarının açıq elan edilməsi övladlığa götürmə ilə bağlı sirrin yayılmasına səbəb olur.

Ali Məhkəmənin Plenumu yekunda övladlığa götürmə və övladlığa götürmənin ləğvi ilə əlaqədar mülki işlərlə bağlı qərar qəbul edib.

Qərarda məhkəmələrə nöqsanların aradan qaldırılması və bu işlərə baxılarkən qeyd olunan məsələlərlə bağlı araşdırma aparılması tövsiyə olunub.

Ali Məhkəmə övladlığa götürmə ilə bağlı məhkəmə qərarlarının qapalı elan olunması ilə bağlı qanunvericiliyə dəyişiklik edilməsi təklifi ilə Milli Məclisə qanunvericilik təşəbbüsü ilə müraciət edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend@trend.az

Ombudsmanın nümayəndəsi məcburi köçkünlərin hüquqlarının müdafiəsinə həsr edilmiş beynəlxalq vebinarda iştirak edib (FOTO)
Ombudsmanın nümayəndəsi məcburi köçkünlərin hüquqlarının müdafiəsinə həsr edilmiş beynəlxalq vebinarda iştirak edib (FOTO)
Azərbaycanda daha 338 nəfər koronavirusa yoluxdu, 134 nəfər sağaldı, 4 nəfər öldü
Azərbaycanda daha 338 nəfər koronavirusa yoluxdu, 134 nəfər sağaldı, 4 nəfər öldü
Daha 144 Azərbaycan vətəndaşı ölkəyə gətirildi (FOTO)
Daha 144 Azərbaycan vətəndaşı ölkəyə gətirildi (FOTO)
Loading Bars
Xəbər lenti
Bakıda yük maşını yanıb
Ceyhun Məmmədov: Ermənistanın siyasətində faşizm və terrorçuluğun təbliğ edilməsi əsas yerlərdən birini tutur
Paytaxt sakinindən silah-sursat götürülüb
Ombudsmanın nümayəndəsi məcburi köçkünlərin hüquqlarının müdafiəsinə həsr edilmiş beynəlxalq vebinarda iştirak edib (FOTO)
“Nissan” 2 milyona yaxın avtomobili geri çağırıb
18 yaşlı oğlan Kür çayında batıb - FHN axtarış aparır
Hərbi qulluqçular arasında atletika və gimnastika üzrə birincilik keçirilib (FOTO/VİDEO)
ABŞ “Taliban” mövqelərinə atəşkəsdən sonra ilk zərbələr endirib
Tarixi reallıqlara obyektiv elmi baxış
Azərbaycanda daha 338 nəfər koronavirusa yoluxdu, 134 nəfər sağaldı, 4 nəfər öldü
"Azərsu": Neftçala və 7 kəndin içməli su təminatı üçün texnika ayrılıb
Daha 144 Azərbaycan vətəndaşı ölkəyə gətirildi (FOTO)
Cəlil Xəlilov: Bütün dünyanı erməni faşizminə qarşı mübarizəyə səsləyirik
Xəzərin suyu Kür çayına qarışdı - İçməli su təminatında problem yarandı
Azərbaycanda "Özün Yarat" adlı platforma istifadəyə verilir
ABŞ-da ATIŞMA: 7 nəfər öldü
“Azərişıq” və “Azəriqaz” ucqar kəndlərdə birgə layihələrin icrasına başladı (FOTO)
Pərvin Kərimzadə: Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edək!
Rusiyanın Xalq artisti koronavirusdan öldü
Prezidentə yazırlar: Sizin xalqımızın birliyini, sağlamlığını və rifahının yüksəlməsini təmin edən siyasətinizi dəstəkləyirik
150 obyektdə pozuntular aşkarlanıb - İqtisadiyyat Nazirliyi (FOTO)
Prezident İlham Əliyev İsveçin Kralına təbrik məktubu göndərib
Azərbaycanda futbolçular məşqə maska ilə gəlməlidir - RƏSMİ
Əhmədiyyə Cəbrayılov haqqında "Vikipediya"da özbək dilində məqalə yaradılıb
İş yerini dəyişmək istəyən müəllimlərə XƏBƏRDARLIQ
İsa Həbibbəyli: Doktoranturaya qəbulun iyul-avqustda keçirilməsi nəzərdə tutulur
Futbolçular qol sevincini fərdi qeyd etmələdirlər - PFL
Sadiq Qurbanov: Azərbaycan COVİD-19 ilə bağlı mövcud beynəlxalq vəziyyətdən yararlana bilər
Azərbaycanda futbol oyunları zamanı köməkçi hakim maska taxmalıdır
Vyetnamda bütünlüklə qızıldan hazırlanan hotel açılıb
Premyer Liqa və kubok oyunları bu qaydalarla təşkil olunacaq
Musa Qasımlı: Hökumət hər binanın qapısına, avtobusa, metro vaqonuna polis qoya bilməz
Bakıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanıldı (FOTO)
Zərdabda 3 kəndin rayon mərkəzinə çıxışını təmin edən yol yenidən qurulur (FOTO)
4 ton yararsız at ətini mal əti adı altında satmaq istəyən mütəşəkkil cinayətkar dəstənin üzvləri saxlanılıblar (FOTO)
Sabunçu rayonunda marketdə gözətçini öldürən şəxslərin videogörüntüləri yayılıb (VİDEO)
Naqif Həmzəyev: Ermənistanın gələcəyi Azərbaycanın ərazi bütövlüyünün bərpasından asılıdır
Mərkəzi Gömrük Hospitalının cərrah transplantoloq, Kamran Beydullayev “Həkimlərimizi tanıyın!” rubrikasında
İlahiyyat İnstitutunda yay imtahan sessiyası ilə bağlı onlayn iclas keçirilib
İranda daha 2 886 nәfәr koronavirusa yoluxdu, 63 nәfәr öldü
Tələbələrin təhsil haqqı ilə bağlı müraciətləri gələn həftədən cavablandırılacaq - RƏSMİ
Madaqaskarın təhsil naziri 2 milyon dollarlıq konfet almaq istədiyi üçün işdən çıxarıldı
Təhsil Nazirliyi: Yay sessiyası ilə bağlı şikayətlərin operativ həllinə nəzarət ediləcək
Tamam Cəfərova: Prezidentin AİB rəhbərliyi ilə görüşü Azərbaycanın qlobal maliyyə mərkəzləri arasında ciddi nüfuzumuzun göstəricisidir
“Azərsu” xüsusi rejimdə fəaliyyət göstərəcək
DSX: Düşmənin bir sıra istiqamətlərdə müxtəlif diversiya və təxribatlar törətmək imkanları ciddi məhdud­laşdırılıb
Meksikada polis zorakılığına qarşı etirazlar başladı
Azərbaycanda qızıl və gümüş bahalaşıb
İyunun 8-də dolların manata qarşı məzənnəsi
Azərbaycan korrupsiyaya qarşı mübarizə sahəsində Avropa Şurasına üzv 50 ölkə arasında 7-ci, MDB məkanında isə 1-ci yerdədir
Milli Məclisin növbəti iclasının vaxtı açıqlandı
FHN xəbərdarlıq etdi: Sərt karantin günlərində çimərliklərdən istifadə qadağandır
Tamam Cəfərova: Bəzi vətəndaşların məsuliyyətsizliyi, qoyulmuş qaydalara əməl etməməsi bugünkü vəziyyətin yaranmasına səbəb olub
Qaxda həyətində narkotik becərən şəxs saxlanılıb (FOTO)
Bu gün Beynəlxalq Ətraf Mühit Günüdür
Uhanda sonuncu koronavirus xəstələri sağalıb
Milli Məclis Cinayət-Prosessual Məcəllədə dəyişiklikləri birinci oxunuşda təsdiq etdi
Milli Məclis sədrinin müavini koronavirusa yoluxmuş dünya və Avropa çempionu Bayram Əliyevin səhhəti ilə maraqlanıb
Samir Şərifov: Hesablama Palatasının bəzi fikirləri ilə razıyıq, bəzisi ilə qəti razı deyilik
"Azəriqaz"dan smart-kart tipli sayğacları olanlara xəbərdarlıq - Qazsız qala bilərsiniz
Milli Məclis 2019-cu il dövlət büdcəsinin icrasını ilk oxunuşda təsdiq etdi
Təhsil Nazirliyi tədrisin dayandırılması barədə: Bir çoxları tarixləri dəyişik salırlar
Sabah Bakıda 28, rayonlarda 21 dərəcə isti olacaq
Yaponiya gələn ilin ortalarınadək əhalini koronavirusa qarşı peyvənd edə bilər
Payız aylarından müəllimlərin sertifikatlaşdırılmasına başlanılacaq
Azərbaycan neftinin qiymətləri dəyişib
Şəhriyar Məmmədyarov “AccessBank”ın depozit kampaniyasının simasıdır
Rusiyada koronavirusdan ölənlərin sayı 5 500-ü keçib
Buraxılış imtahanlarında iştirak etməyənlər üçün sentyabrda imtahanlar təşkil olunacaq
Bakı polisi paytaxtda maskadan istifadə etməyənlərlə bağlı reydlərə başladı (FOTO)
Könül Nurullayeva: Verilən qərarların məcburi xarakter daşımasına baxmayaraq əhali bu xəstəliyə hələ də laqeydliklə yanaşır
Tarixçi: AXC dövründə Azərbaycan torpaqlarının Ermənistana verilməsi acı tarixdir (FOTO)
Federal nazirlik: Almaniya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə səyləri dəstəkləyir
“Azərişıq” gücləndirilmiş rejimdə işləyəcək
Türkiyənin müdafiə sənayesi məhsullarının ixracı azalıb
İcaze.e-gov.az portalının fəaliyyəti yenidən aktiv edildi (VİDEO)
Poçt şöbələrinin fəaliyyəti məhdudlaşdırılır
Əqli Mülkiyyət Agentliyi “Küçələrə su səpmişəm" xalq mahnısı ilə bağlı məsələni nəzarətə götürüb
Parlament sədrinin birinci müavini 4 iyun 1993-cü il hadisələri ilə bağlı danışdı
TƏBİB həftəsonu alış-verişi edənlərə müraciət etdi
Özbəkistandakı azərbaycanlılara maddi dəstək göstərilib
Azərbaycan Texniki Universiteti UNESCO klubları şəbəkəsinə üzv oldu (FOTO)
Slovakiya və Çexiya bəzi ölkələrlə sərhədləri açıb
Siyavuş Novruzov: Vaxtilə Sürət Hüseynovun əsiri olan şəxslər indi qəhrəman kimi təqdim olunurlar
AMEA: Mərkəzi Elmi Kitabxananın direktoru İsa Həbibbəylinin bibisi qızı deyil
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın Milli Məclisdən olan yeni üzvləri məlum oldu
Prezident İlham Əliyev Zərdabda yol tikintisinə 3,1 milyon manat ayırıb
Parlament sədri həftəsonu qadağaları ilə bağlı müraciət etdi
Ermənistanda koronavirusa yoluxanların sayı 12 minə çatır
Təhsil Nazirliyi: Direktor olmaq istəyənlərin nəticələri daha aşağı olur
XİN: Ermənistanın nə hüquqdan, nə demokratiyadan danışmağa, başqalarına məruzə oxumağa heç bir mənəvi haqqı yoxdur
Murad Camalzadə: Direktor vəzifəsinə qəbul olmaq istəyənlər üçün hazırlıq prosesi təşkil oluna bilər
Abşeron Dairəvi dəmir yolu fəaliyyətini müvəqqəti dayandırır
OPEC nazirlərinin hər iki görüşü bir gündə keçiriləcək
Mingəçevir Dövlət Universitetində ilk “Açıq qapı” günü keçirilib (FOTO)
Azərbaycan polisi qanunu və demokratiyanı qoruyur: bunu anlamaq gərək - "Politşou" təqdim edir (Videolayihə)
Afət Həsənova: Son günlərin statistikası həftəsonu sərt karantin rejiminin tətbiqini qaçılmaz edir
İtaliyada gölün dibində qalan kənd üzə çıxarılacaq
Həftəsonu yollarda şəxsi avtomobilindən istifadə edənlər cərimə və yaxud həbs oluna bilər - RƏSMİ AÇIQLAMA
Növbəti “BirKart BOKT” filialı fəaliyyətə başladı
Bütün xəbərlər