...

Azərbaycanın Sumqayıt şəhərində gənclər üçün insan hüquqları ilə bağlı təlim keçirilib

Cəmiyyət Materials 31 Oktyabr 2009 11:16 (UTC +04:00)
Sumqayıt Şəhər İcra Hakimiyyətindən şənbə günü Trend News-a verilən məlumata görə, oktyabrın 25-dən 30-dək Sumqayıt şəhərində Avropa Komissiyasının “Gənclər fəaliyyətdə” proqramı çərçivəsində “İnsan haqları fəaliyyətdə” təlim kursu keçirilib.
Azərbaycanın Sumqayıt şəhərində gənclər üçün insan hüquqları ilə bağlı təlim keçirilib

Azərbaycan, Bakı, 31 oktyabr / Trend , muxbir K.Zərbalıyeva/ Azərbaycanın Sumqayıt şəhərində gənclər üçün insan hüquqları ilə bağlı təlim keçirilib.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən şənbə günü Trend -a verilən məlumata görə, oktyabrın 25-dən 30-dək Sumqayıt şəhərində Avropa Komissiyasının "Gənclər fəaliyyətdə" proqramı çərçivəsində "İnsan haqları fəaliyyətdə" təlim kursu keçirilib. Böyük Britaniyanın "British Council" agentliyi tərəfindən maliyyələşən beynəlxalq təlimdə Böyük Britaniya, Türkiyə, Gürcüstan, Ukrayna, Bolqarıstan və Azərbaycan gəncləri iştirak ediblər.

Təlim gənclərin İnsan haqları sahəsində biliklərini gücləndirməklə yanaşı, onlara bu sahədə mövcud olan qeyri-formal təhsil metodlarını da aşılayıb.

5 gün davam edən təlim zamanı gənclər eyni zamanda Azərbaycanın müxtəlif tarixi abidələri ilə tanış olmaq fürsəti əldə ediblər.

"Gənclər fəaliyyətdə" proqramı Avropa Birliyinin gənclər siyasəti sahəsində icra etdiyi ən böyük proqramdır və hər il bu proqram sayəsində yüzlərlə təlim kursu, seminar, simpozium, könüllülük proqramı və s. icra edilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti