...

İsveçrənin "Basel Simfonietta" orkestri Azərbaycana qastrol səfəri edəcək

Cəmiyyət Materials 3 Noyabr 2009 17:50 (UTC +04:00)
İsveçrənin tanınmış "Basel Simfonietta" simfonik orkestri ilk dəfə olaraq noyabrın 6-da Azərbaycanda Bakı Dövlət Konservatoriyasında konsert verəcək. Bu barədə çərşənbə axşamı İsveçrənin Azərbaycandakı səfiri Alan Quidetti mətbuat konfransında elan edib.
İsveçrənin "Basel Simfonietta" orkestri Azərbaycana qastrol səfəri edəcək

Azərbaycan, Bakı, 03 noyabr / Trend , müxbir T.Konyayeva/

İsveçrənin tanınmış "Basel Simfonietta" simfonik orkestri ilk dəfə olaraq noyabrın 6-da Azərbaycanda Bakı Dövlət Konservatoriyasında konsert verəcək. Bu barədə çərşənbə axşamı İsveçrənin Azərbaycandakı səfiri Alan Quidetti mətbuat konfransında elan edib.

"Konsertin "CULTURESCAPES Azərbaycan" festivalı çərçivəsində keçirilməsi planlaşdırılır", - Quidetti deyib.

"Layihənin həyata keçirilməsi "Laufenburg AG" energetika şirkəti, "Helo" aviaşirkəti, "Qaradağ Sement ASC" tikinti şirkəti, "Pro Helvetia" şirkəti, həmçinin Sürix şəhərinin bələdiyyəsinin dəstəyi sayəsində mümkün olub", - səfir qeyd edib.

Bu cür festivalın keçirilməsi barədə ilk təşəbbüs 2003-cü ildə irəli sürülüb. Hər il həmin festival çərçivəsində İsveçrədə müxtəlif ölkələrin mədəniyyəti ilə tanış olunur.

Azərbaycanda festivalın keçirilməsi ideyası Yuriaan Koomiana məxsusdur, bu, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dəstəklənib. Təşkilatçılar festivalın keçirilməsi zamanı Azərbaycan mədəniyyət və incəsənətinin bütöv spektrini nümayiş etdirməyi planlaşdırırlar. Festivalın rəsmi açılışı oktyabrın 19-da Berndə baş tutub. Mərasimin açılışında Qara Qarayev adına Dövlət Kamera Orkestri çıxış edıb.

Festival dekabrın 6-dək uzadılacaq və İsveçrənin bir neçə şəhərində keçiriləcək.

Xəbər lenti

Xəbər lenti