...

Müharibənin qarşısını almaq üçün dini liderlərin dialoqu mühüm əhəmiyyət kəsb edir - Belarus Mitropoliti

Cəmiyyət Materials 5 Noyabr 2009 16:08 (UTC +04:00)
"Dinlərarası dialoq hələ 20 il əvvəl başlayıb və müharibənin qarşısını almaq üçün qarşılıqlı səy və əməkdaşlıq məqsədi daşıyır", - Mitropolit cümə axşamı Bakılda jurnalistlərə deyib.
Müharibənin qarşısını almaq üçün dini liderlərin dialoqu mühüm əhəmiyyət kəsb edir - Belarus Mitropoliti

Azərbaycan, Bakı, 05 noyabr / Trend , müxbir M.Əliyev/

Müharibənin qarşısını almaq üçün dini liderlərin dialoqu mühüm əhəmiyyət kəsb edir. Belarus Mitropoliti Filaret belə hesab edir.

"Dinlərarası dialoq hələ 20 il əvvəl başlayıb və müharibənin qarşısını almaq üçün qarşılıqlı səy və əməkdaşlıq məqsədi daşıyır", - Mitropolit cümə axşamı Bakılda jurnalistlərə deyib.

"Daha əvvəllər "Din xadimləri müqəddəs bəxşiş olan həyatın xilası uğrunda" mövzusunda konfrans keçirilib. Hazırda biz bu ideyanın realizəsinə davam edirik", - o deyib.

Mitropolit Filaret Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin 60 illik yubileyi və şeyxülislam vəzifəsinə seçilməsinin 30 illiyi münasibətilə keçiriləcək mərasimlərdə iştirak etmək üçün Azərbaycana gəlib.

Yubiley mərasimləri çərçivəsində noyabrın 7-də Bakıda dini liderlərin dialoquna həsr edilmiş Beynəlxalq Konfrans keçiriləcək.

"Konfrans dinlərarası dialoq və dinlərarası dostluğun inkişafı məqsədilə keçirilir", - Paşazadə jurnalistlərə deyib.

"Sülh yolu ilə həlli mümükün olan bir sıra məsələlər var. Biz din xadimləri bu məsələlərin həllində dövlət başçıları və siyasi xadimlərə kömək edə bilərik. Azərbaycanın konfransın keçiriləcəyi yer olaraq seçilməsi ölkənin tolerant olmasına sübutdur. Burada müxtəlif dinlərin nümayəndələri yaşayır", - Paşazadə deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti