...

Azərbaycanın şahmat üzrə beynəlxalq qrossmeysterləri Moskvada keçiriləcək dünya çempionatında iştirak edəcəklər

Cəmiyyət Materials 9 Noyabr 2009 11:32 (UTC +04:00)
Azərbaycan Şahmat Federasiyasından bazar ertəsi Trend News-a bildiriblər ki, dünyanın ən güclü şahmatçılarının mübarizə aparacağı çempionatda Azərbaycanı beynəlxalq qrossmeysterlər, Avropa çempionları Vüqar Həşimov və Şəhriyar Məmmədyarov təmsil edəcəklər.
Azərbaycanın şahmat üzrə beynəlxalq qrossmeysterləri Moskvada keçiriləcək dünya çempionatında iştirak edəcəklər

Azərbaycan, Bakı, 9 noyabr / Trend , müxbir F.Hüseynli/

Azərbaycanın şahmat üzrə beynəlxalq qrossmeysterləri Moskvada noyabrın 16-dan 18-dək keçiriləcək blits şahmatı üzrə dünya çempionatında iştirak edəcəklər.

Azərbaycan Şahmat Federasiyasından bazar ertəsi Trend -a bildiriblər ki, dünyanın ən güclü şahmatçılarının mübarizə aparacağı çempionatda Azərbaycanı beynəlxalq qrossmeysterlər, Avropa çempionları Vüqar Həşimov və Şəhriyar Məmmədyarov təmsil edəcəklər.

Turnirdə həmçinin Vişvanatan Anand, Maqnus Karlsen, Vladimir Kramnik, Aleksandr Morozeviç, Peter Svidler, Anatoli Karpov, Ruslan Ponomaryov, Yudit Polqar və digər tanınmış şahmatçılar yarışacaqlar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti