...

Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası dekabrın əvvəlində növbəti maliyyə müsabiqəsini elan edəcək - sədr

Cəmiyyət Materials 26 Noyabr 2009 16:16 (UTC +04:00)
"Müsabiqənin şərtlərində xeyli dəyişiklik və yenilik olacaq, müsabiqənin dövriliyi də dəyişəcək", - cümə axşamı Trend News-a Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev bildirib.
Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası dekabrın əvvəlində növbəti maliyyə müsabiqəsini elan edəcək - sədr

Azərbaycan, Bakı, 26 noyabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası dekabrın əvvəlində növbəti maliyyə müsabiqəsini elan edəcək.

"Müsabiqənin şərtlərində xeyli dəyişiklik və yenilik olacaq, müsabiqənin dövriliyi də dəyişəcək", - cümə axşamı Trend -a Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev bildirib.

Trend -un arayışı: Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına 2009-cu ildə 569 layihə təqdim edilib. Layihə təqdim edən QHT-lərin Şuradan istədiyi məbləğ ümümilikdə 9 milyon manata yaxın olub, amma Şuranın müsabiqə fondu bundan dəfələrlə az - 2 milyon 68 manat təşkil edib. Müsabiqəyə təqdim edilən layihələrdən 226-sı Şura tərəfindən dəstəklənib və onlara ümumilikdə 1 milyon 848 min manat vəsait ayrılacaq.

Quliyevin sözlərinə görə, əvvəlki illərdən fərqli olaraq müsabiqə ildə bir neçə dəfə keçiriləcək.

"Bizim beynəlxalq tərəfdaşlarımızla həyata keçirdiyimiz birgə layihələrin sayı və həcmi artacaq", - Şura sədri əlavə edib.

Onun fikrincə, müsabiqə üçün elan olunan mövzularla da bağlı müəyyən ümumiləşmələr olacaq. "Prioritet hesab etdiyimiz mövzulara daha çox üstünlük veriləcək. 2010-cu ildə parlament seçkiləri keçiriləcək, eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyev 2010-ci ili ekologiya ili elan etdiyindən bununla bağlı mövzular daha önə çəkiləcək", - Quliyev vurğulayıb.

2009-cu ildə müsabiqədə qalib gələn QHT-lərin layihələri necə yerinə yetirmələri ilə bağlı aparılan monitorinqə gəldikdə, Şura sədri nəticələrin gələn ilin yanvar ayında açıqlanacağını deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti