...

Azərbaycanda əfv sərəncamının icrasına başlanılıb (FOTO)

Cəmiyyət Materials 26 Dekabr 2009 11:24 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə əfv olunan məhbusların azadlığa buraxılmasına başlanılıb.
Azərbaycanda əfv sərəncamının icrasına başlanılıb (FOTO)

Azərbaycan, Bakı, 26 dekabr / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə əfv olunan məhbusların azadlığa buraxılmasına başlanılıb.

Trend -un məlumatına görə, şənbə günü 3 saylı Vərəmli Məhkumların Müalicə Müəssisəsindən əfv olunaraq azadlığa buraxılan 5 məhbus arasında jurnalist Müşfiq Hüseynov da olub.

Ümumilikdə müalicə müəssisəsində 1060 nəfər saxlanılır. Onların on nəfəri ömürlük azadlıqdan məhrum olunub, dörd nəfəri isə qadındır.

Prezident İlham Əliyevin dekabrın 25-də imzaladığı əfv sərəncamı ümumilikdə 99 məhbusa şamil edilib.

Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslərdən 89-u, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərdən 3-ü, cərimə cəzasına məhkum edilmiş şəxslərdən 6-sı əfv olunub. Əfv olunanlar sırasında 3 Əfqanıstan, 2 İran İslam Respublikası, hərəsinə 1 olmaqla Nigeriya, Rusiya Federasiyası, Çin Xalq RespublikasıMakedoniya vətəndaşları da var.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 1968-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı Rəhimova Xatirə Vasil qızının cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.

1994-cü ildən indiyədək imzalanmış 45 əfv fərmanı ilə 4858 şəxs cəzadan azad edilib. Fərmanların 13-ü İlham Əliyev, 32-si isə mərhum Prezident Heydər Əliyev tərəfindən imzalanıb. İndiyədək imzalanan 8 Amnistiya Aktı 40 min məhkuma şamil olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti