...

Azərbaycan diasporasına dövlət dəstəyi haqqında kitab nəşr edilib

Cəmiyyət Materials 7 Yanvar 2010 16:57 (UTC +04:00)
"Azərbaycanda "Azərbaycan diasporasına dövlət qayğısı" kitabı nəşr edilib", -bu barədə Diaspora ilə İş üzrə Dövlət Komissiyasının məlumatında deyilir.
Azərbaycan diasporasına dövlət dəstəyi haqqında kitab nəşr edilib

Azərbaycan, Bakı, 07 yanvar / Trend , müxbir M.Əliyev/

"Azərbaycanda "Azərbaycan diasporasına dövlət qayğısı" kitabı nəşr edilib", -bu barədə Diaspora ilə İş üzrə Dövlət Komissiyasının məlumatında deyilir.

Dövlət Komitəsinin hazırladığı kitabda Azərbaycan Prezidenti İlham Əliyevin diaspora işinin təkmilləşdirilməsi, xarici ölkələrdə yaşayan həmyerlilərin problemlərinin həll edilməsi, dünya azərbaycanlılarına müraciət və diaspora təşkilatlarının qurultayları, həmçinin Prezidentin diaspora nümayəndələri ilə görüşü barədə materiallara dair fərman və sərəncamları toplanıb.

Kitab diaspora işinin təşkil edilməsi üzrə dövlət siyasəti ilə maraqlanan auditoriya üçün nəzərdə tutulub.

Məqalə müəllifi ilə əlaqə ünavnı: [email protected]

Xəbər lenti

Xəbər lenti