Azərbaycan, Bakı, 14 yanvar / Trend , müxbir T.Cəfərov/
Azərbaycan Milli Elmlər Akademiyasınının Naxçıvan bölməsi ilə İran universitetlərindəki tarixi və arxeoloji sənədləri araşdırması üçün şəraitin sadələşdirilməsi haqqında razılıq əldə edilib. Bu barədə Trend -a İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Abbas İsgəndəri bildirib.
İranın Azərbaycandakı səfiri Məhəmməd Bağır Bəhrami və İranın Naxçıvan MR-dəki baş konsulu Məhəmməd Təbatəbayi bu gün Naxçıvan MR Milli Elmlər Akademiyasının sədri İsmayıl Hacıyevlə görüşüb.
Görüşdə İran və Naxçıvan MR arasında universitetlər arasında əlaqələrin inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb.
Görüşdə həmçinin universitetlərarası əməkdaşlğın səviyyəsinin artırılması üçün proqramın hazırlanması, elm və mədəniyyət sahəsində potensialın öyrənilməsi, fars dilinin Naxçıvan universitetlərində tədrisinin genişləndirilməsi kimi məsələlər müzakirə olunub.
Görüşdən sonra Azərbaycan Milli Elmlər Akademiyasınının Naxçıvan bölməsində "İran otağının" açılışı olub.
Səfir Naxçıvan Dövlət Universitetinin rektoru İsa Həbibbəyli ilə də görüşüb.