...

Azərbaycanda silahlı basqında təqsirli bilinən şəxsə 6 il cəza verilib

Cəmiyyət Materials 18 Yanvar 2010 13:07 (UTC +04:00)
Musayevin də daxil olduğu üç nəfərlik dəstə 1995-ci ilin dekabrında Şakir Allahverdiyevə məxsus evə basqın edib, ev sahibinə, onun həyat yoldaşı Briliyant Məmmədova və qızı Təranə Allahverdiyevaya xəsarət yetirərək, quldurluq yolu ilə evdəki qiymətli əşyaları götürüblər.
Azərbaycanda silahlı basqında təqsirli bilinən şəxsə 6 il cəza verilib

Azərbaycan, Bakı, 18 yanvar / Trend , müxbir H.Bağırov/

Azərbaycanda silahlı basqında təqsirli bilinən şəxsə hökm oxunub.

Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 15 il əvvəl silahlı basqın hadisəsi törətməkdə təqsirli bilinən Gəncə şəhər sakini Ceyhun Musayev 6 il müddətinə azadlıqdan məhrum edilib.

Musayevin də daxil olduğu üç nəfərlik dəstə 1995-ci ilin dekabrında Şakir Allahverdiyevə məxsus evə basqın edib, ev sahibinə, onun həyat yoldaşı Briliyant Məmmədova və qızı Təranə Allahverdiyevaya xəsarət yetirərək, quldurluq yolu ilə evdəki qiymətli əşyaları götürüblər.

15 il dövlətlərarası axtarışda olan Musayev Ceyhun Gəncə şəhər Polis İdarəsi və Ukraynanın hüquq-mühafizə orqanları ilə birgə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində həbs olunaraq Azərbaycana gətirilib.

Dəstənin qalan 2 üzvündən biri Zahid Nəzərov 2 il əvvəl həbs edilib. Hələ ki azadlıqda olan üçüncü şəxsin kimliyi tam müəyyən edilməyib.

Xəbər lenti

Xəbər lenti