...

Azərbaycanda "Ekologiya ili" çərçivəsində 4 min hektar yaşıllıq salınacaq - ekologiya naziri

Cəmiyyət Materials 3 Fevral 2010 18:02 (UTC +04:00)
"Zirə-Binə ətrafında yaşıllaşdırma işləri görmək üçün Maliyyə Nazirliyi ilə müzakirələr aparılıb və sürətlə bin neçə layihənin icrasına başlanılıb, ilin sonuna qədər 20 layihənin həyata keçirilməsi nəzərdə tutulub", - Trend News-un məlumatına görə, çərşənbə günü hakim Yeni Azərbaycan Partiyasının internet saytına Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov bildirib.
Azərbaycanda "Ekologiya ili" çərçivəsində 4 min hektar yaşıllıq salınacaq - ekologiya naziri

Azərbaycan, Bakı, 03 fevral / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanda "Ekologiya ili" çərçivəsində 4 min hektar yaşıllıq salınacaq. Trend -un məlumatına görə, çərşənbə günü bunu hakim Yeni Azərbaycan Partiyasının internet saytına ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bildirib.

"Abşeron yarımadasında artıq 400 hektardan çox yeni yaşıllıqlar salınıb. Yaxşı davamlı ağaclar yetişdirilir, 90-95 faiz bitmiş ağaclar əldə olunur", - nazir qeyd edib.

Azərbaycan Prezidentinin sərəncamı ilə bu il ölkədə "Ekologiya il"i elan olunub.

Nazir deyib ki, Zirə-Binə ətrafında yaşıllaşdırma işləri görmək üçün Maliyyə Nazirliyi ilə müzakirələr aparılıb və sürətlə bir neçə layihənin icrasına başlanılıb, ilin sonuna qədər 20 layihənin həyata keçirilməsi nəzərdə tutulub.

Bağırovun sözlərinə görə, neftlə çirklənmiş ərazilərin təmizlənməsi istiqamətində görülən işlər də müsbət nəticə verir. "Azərbaycan hökuməti tərəfindən ətraf mühitin qorunması və mövcud vəziyyətin bərpasına yönəldilmiş Bakı buxtasının, Bibi Heybət zonasının, Heydər Əliyev adına Beynəlxalq Hava Limanının ətrafının, Abşeron yarımadasındakı göllərin, neftlə çirklənmiş torpaqların, lay suları altında qalmış sahələrin və digər istehsalat tullantıları ilə çirklənmiş ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması bu istiqamətdə müsbət dönüş yaratmağa imkan verib", - nazir əlavə edib.

Nazir deyib ki, bu istiqamətdə görülən işlərdə digər dövlət strukturları ilə birgə fəaliyyət göstərirlər. "Abşeron yarmadasında 30-35 min hektar çirklənmiş torpaqlar var idi. 150 ildən çoxdur ki, ekoloji tələblər gözlənilmədən primitiv üsulla neft istehsal edilirdi. ARDNŞ-nin öz sərəncamında olan torpaqları çox böyük sürətlə təmizləməsinin şahidi oluruq. Həmçinin, ötən dövrlər ərzində, Bibi-Heybətdə təmizləmə işləri aparılıb, yaşıllıq salınıb. Bakıda nəqliyyatın fəaliyyəti tənzimlənəndən sonra atmosferin vəziyyəti xeyli yaxşılaşmalıdır", - o vurğulayıb.

Bağırov bildirib ki, Binə bazarının 86 hektar ərazisindəki 600-700 min kubmetr tullantı da təmizlənib. "İndi həmin ərazidə yaşıllıq salınıb", - nazir xatırladıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti