...

İran və Azərbaycan arasında səhiyyə sahəsində təcrübə mübadiləsi genişləndiriləcək- İranın səhiyyə naziri

Cəmiyyət Materials 5 Fevral 2010 14:39 (UTC +04:00)
İranın səhiyyə naziri Mərziyə Vəhid Dəstcerdi bildirib ki, hazırda Bakı və Tehran arasında səhiyyə sahəsində əməkdaşlıq üçün heç bir mane yoxdur və hər iki ölkə bu məsələ üzrə əməkdaşlığın genişləndirilməsində maraqlıdır.
İran və Azərbaycan arasında səhiyyə sahəsində təcrübə mübadiləsi genişləndiriləcək- İranın səhiyyə naziri

Azərbaycan, Bakı, 5 fevral / Trend , müxbir T.Cəfərov/

İranın səhiyyə naziri Mərziyə Vəhid Dəstcerdi bildirib ki, hazırda Bakı və Tehran arasında səhiyyə sahəsində əməkdaşlıq üçün heç bir mane yoxdur və hər iki ölkə bu məsələ üzrə əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

Bakıda rəsmi səfərdə olan xanım Dəstcerdi Trend -a bildirib ki, hazırda Azərbaycan və İran arasında səhiyyə və tibb üzrə yaxşı əməkdaşlıq var. "Bir çox Azərbaycan vətəndaşı müalicə üçün İrana səfər edir və biz çalışırıq ki, onların sağlamlıqları üçün yaxşı imkanlar yaradaq"- İran İslam İnqilabından sonra (1979) yeganə qadın nazir olan xanım Dəstcerdi bildirib.

İranın səhiyyə naziri əlavə edib ki, səhiyyə üzrə İranın Səhiyyə Nazirliyi, Qırmızı Aypara və QHT-ləri Azərbaycanla əməkdaşlığı daha da artırmaq niyyətindədir. "Ola bilsin ki, Azərbaycanda müəyyən klinikalar, xəstəxanalar tikib, tibb elmi üzrə təcrübələrimizi, xidmətlərimizi və əməkdaşlığımızı bu vasitə ilə artıraq", - deyə iranlı nazir bildirib.

Xanım Dəstcerdi əlavə edib ki, hazırda  iranlı tələbələr Azərbaycan universitetlərində müxtəlif ixtisaslar üzrə təhsil alır, biz gələcəkdə səhiyyə sahəsində tələbə və müəllim mübadiləsi də həyata keçirə bilərik.

İranlı nazir Azərbaycan Respublikası ilə sərhəd şəhərlərdə İranın tibb mərkəzləri və xəstəxanalarının geniş imkanlarını vurğulayaraq, bildirib ki, İran üçün qonşu Azərbaycan ölkəsi səhiyyə sahəsində əməkdaşlıq üçün xüsusi əhəmiyyət kəsb edir.

Dəstcerdi Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun keçən ay Tehrana səfərini xatırladaraq, bildirib ki, iki ölkənin yüksək vəzifəli rəsmiləri və rəhbərləri Bakı-Tehran arasında hərtərəfli inkişafın yaradılmasında maraqlıdırlar.

Xəbər lenti

Xəbər lenti