...

Bakı Metropoliteninin maşinistini qətlə yetirməkdə ittiham olunan yeniyetmə məhkəmənin qərarı ilə dəlixanaya göndərilib

Cəmiyyət Materials 17 Fevral 2010 13:43 (UTC +04:00)
Trend News-un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə Bakı şəhər sakini, 16 yaşlı Əli Əhmədovun psixi xəstə olması nəticəsinə gəlib. Məhkəmə Əhmədovun cinayət işinin dayandırılması və müalicə olunması üçün 1 saylı Ruhi Əsəb Dispanserinə göndərilməsi barədə qərar qəbul edilib.
Bakı Metropoliteninin maşinistini qətlə yetirməkdə ittiham olunan yeniyetmə məhkəmənin qərarı ilə dəlixanaya göndərilib

Azərbaycan, Bakı, 17 fevral / Trend , müxbir H.Bağırov/ Bakı Metropoliteninin maşinistini qətlə yetirməkdə ittiham olunan yeniyetmə məhkəmənin qərarı ilə dəlixanaya göndərilib.

Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə Bakı şəhər sakini, 16 yaşlı Əli Əhmədovun psixi xəstə olması nəticəsinə gəlib. Məhkəmə Əhmədovun cinayət işinin dayandırılması və müalicə olunması üçün 1 saylı Ruhi Əsəb Dispanserinə göndərilməsi barədə qərar qəbul edilib.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1) maddəsi ilə ittiham olunun.

Əhmədov 2009-cu il iyunun 8-də Bakı Metropoliteninin "Sahil" metro stansiyasında Bakı Metropoliteninin əməkdaşı, maşinist köməkçisi, 1949-cu il təvəllüdlü Məmmədov Yaqub Məmməd oğlunu ürək nayihəsindən bıçaqlayaraq qətlə yetirib. Məmmədov aldığı xəsarətdən yerindəcə keçinib. Əhmədov hadisə yerindəcə saxlanılıb.

Xəbər lenti

Xəbər lenti