...

Ukraynada TREND BİA-nın ermənilərin sülh və insanlığa qarşı törətdiyi cinayətlər barədə çəkdiyi "Sözün bitdiyi zaman" adlı sənədli filmin təqdimatı keçiriləcək

Cəmiyyət Materials 19 Fevral 2010 13:40 (UTC +04:00)
Ukraynada TREND Beynəlxalq İnformasiya Agentliyinin Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu layihəsi çərçivəsində erməni vandalizminə dair çəkdiyi "Sözün bitdiyi zaman" adlı sənədli filmin təqdimatı keçiriləcək.
Ukraynada TREND BİA-nın ermənilərin sülh və insanlığa qarşı törətdiyi cinayətlər barədə çəkdiyi "Sözün bitdiyi zaman" adlı sənədli filmin təqdimatı keçiriləcək

Ukraynada TREND Beynəlxalq İnformasiya Agentliyinin Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu layihəsi çərçivəsində erməni vandalizminə dair çəkdiyi "Sözün bitdiyi zaman" adlı sənədli filmin təqdimatı keçiriləcək.

Film fevralın 22-də Ukraynanın Donetsk şəhərindəki "Donbas Palas" otelində Xocalı soyqırımının 18-ci ildönümünə həsr olunmuş beynəlxalq konfrans iştirakçılarına nümayiş etdiriləcək. Azərbaycanın Ukraynadakı Səfirliyi və Dünya Azərbaycanlıları Konqresinin Ukrayna nümayəndəliyinin təşəbbüsü ilə təşkil edilmiş konfransda Azərbaycan və Ukraynanın ictimai-siyasi xadimləri, ziyalılar, diaspor nümayəndələri iştirak edəcəklər.

Fevralın 25-də Azərbaycanın Ukraynadakı Səfirliyi və Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) təşəbbüsü ilə Kiyev şəhərindəki məşhur "Ukrayna" mehmanxanasında Xocalı soyqırımına həsr edilən tədbir çərçivəsində həmçinin rəsm sərgisi təşkil ediləcək.

"Sözün bitdiyi zaman" adlı sənədli film ermənilərin törətdiyi cinayətlərdən bəhs edir və Dağlıq Qarabağ münaqişəsinin reallıqlarını özündə əks edir.

Rəsmlərin əsas süjet xətti ermənilərin uzun illər boyu azərbaycanlılara qarşı törətdiyi soyqırım siyasətinin tarixi xronologiyasına həsr olunub. Filmdə erməni vandalizminin son mərhələsi olan Dağlıq Qarabağın işğalı zamanı törədilən vəhşiliklər barədə məlumat verilib. Rəsmlərdə erməni vəhşilklərinin şahidi olmuş insanların hekayələri təqdim olunub.

Ermənilərin sülh və insanlığa qarşı törətdiyi cinayətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması məqsədilə filmin rus və ingilis dillərində versiyaları hazırlanıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

Xəbər lenti

Xəbər lenti