...

Azərbaycan qılıncoynadanı beynəlxalq turnirdən medalla qayıdıb

Cəmiyyət Materials 1 Mart 2010 13:28 (UTC +04:00)
Azərbaycan Qılıncoynatma Federasiyasının baş katibi Ramin Məmmədov bazar ertəsi Trend News-a bildirib ki, idmançımız Nəzrin Əlizadə 25-28 fevralda Rusiyanın Pyatoqorsk şəhərində keçirilmiş qılıncoynatma üzrə yeniyetmələr arasında Samburov adına beynəlxalq turnirdə 51 idmançı arasında 3-cü yerə layiq görülüb.
Azərbaycan qılıncoynadanı beynəlxalq turnirdən medalla qayıdıb

Azərbaycan, Bakı, 01 mart / Trend , müxbir F.Hüseynli/

Azərbaycan qılıncoynadanı Samburov adına beynəlxalq turnirdən medalla qayıdıb.

Azərbaycan Qılıncoynatma Federasiyasının baş katibi Ramin Məmmədov bazar ertəsi Trend -a bildirib ki, idmançımız Nəzrin Əlizadə 25-28 fevralda Rusiyanın Pyatoqorsk şəhərində keçirilmiş qılıncoynatma üzrə yeniyetmələr arasında Samburov adına beynəlxalq turnirdə 51 idmançı arasında 3-cü yerə layiq görülüb.

Fevralın 28-də isə komandalar arasında yarışda yarımfinal uğrunda mübarizədə Rusiya komandasına 44-45 hesabı ilə məğlub olan yeniyetmələrimiz 5-ci yerlə kifayətləniblər.

Xəbər lenti

Xəbər lenti