...

Azərbaycanlı akrobatlar Ukraynada keçirilən beynəlxalq turnirin gümüş mükafatçıları olub

Cəmiyyət Materials 1 Mart 2010 16:57 (UTC +04:00)
Azərbaycanlı akrobatlar Ukraynanın Vinnitsa şəhərində keçirilən beynəlxalq turnirin yeni sezonuna uğurla start veriblər.
Azərbaycanlı akrobatlar Ukraynada keçirilən beynəlxalq turnirin gümüş mükafatçıları olub

Azərbaycan, Bakı, 01 mart / Trend , müxbir M.Əliyev/

Azərbaycanlı akrobatlar Ukraynanın Vinnitsa şəhərində keçirilən beynəlxalq turnirin yeni sezonuna uğurla start veriblər.

Qadın cütlüklər arasında Avropa çempionu olan Ayla Əhmədova və Dilarə Sultanova cütlüyü qarışıq tapşırığın finalında ikinci yer tutub. Bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinin məlumatında deyilir. İki tapşırığı uğurla yerinə yetirəndən sonra bizim duet birinci olub, lakin finalda üstünlük Belçikadan olan Florens Henrist və Tatyana de Vosa verilib.

"Necə olur olsun, mən Ayla və Dilarənin nəticəsindən razıyam. Digər güclü cütlüklər kimi biz də Ukraynaya hakimlərə nümayiş etmək üçün tamamilə yeni proqramla gəldik. Hər bir yeni turnirdə biz üstün olacağıq və hesab edirəm ki, Polşada keçiriləcək dünya çempionatında zirvədə olacağıq", - Onların məşqçisi İradə Qurbanova deyib.

"Burada bizi Benilüks təmsiçiləri ötüb. Finalda biz onlarla eyni səviyyədə, demək olar ki, onlardan öndə gedirdik, sadəcə olaraq belçikalıların kombinasiya edilmiş ifaları daha mükəmməl oldu", - İ.Qurbanova deyib.

Həmin turnirdə daha bir yunior cütlük çıxış edib. Aynur Hüseynova və Nərminə Ramazanova debütü onları turnirin altıncı yerində qərarlaşdırıb. Məşqçinin fikrincə, "bu başlanğıc üçün heç də pis deyil".

Akrobatlarımız üçün növbəti yarış Novruz bayramı ərəfəsində Azərbaycan birinciliyi, Beynəlxalq arenada isə apreldə Belçikada keçiriləcək turnir olacaq.

Xəbər lenti

Xəbər lenti