...

Azərbaycanın məşhur tarzəni Ramiz Quliyev Tehranda konsert verib

Cəmiyyət Materials 4 Mart 2010 17:15 (UTC +04:00)
Azərbaycanın tanınmış tarzəni Ramiz Quliyev dünən gecə Tehranda konsert verib. Konsertdə Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov da iştirak edib.
Azərbaycanın məşhur tarzəni Ramiz Quliyev Tehranda konsert verib

Azərbaycan, Bakı, 04 mart / Trend , müxbir T.Cəfərov/

Azərbaycanın tanınmış tarzəni Ramiz Quliyev dünən gecə Tehranda konsert verib. Konsertdə Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov da iştirak edib. Bu barədə Trend ILNA xəbər agentliyinə istinadən məlumat yayıb.

Məlumata əsasən, Tehranın "Vəhdət" sarayında keçirilmiş konsertdə tamaşaçıların sayı həddən artıq çox olub, belə ki, sarayın üçüncü lojası da dolub.

Konsert iki hissədən ibarət olub, birinci hissədə Ramiz Quliyevin rəhbərliyi ilə Abşeron Musiqi Qrupu bayatı şiraz, segah təsnifi kimi parçalar ifa edib. İkinci hissədə isə Ramiz Quliyevin müşayiəti ilə Xanım Əhmədova və Vəhid Əsədullahi Koroğlu, Ana və b. parçalar ifa edib. Ramiz Quliyevin ifası tamaşaçıların gurultulu alqışına səbəb olub.

Ramiz Quliyevin konserti Tehranda Beynəlxalq Fəcr Musiqi Festivalının finalında keçirilib.

Bundan qabaq Ramiz Quliyev İranın milli orkestri ilə birlikdə müştərək konsert vermişdi.

Xəbər lenti

Xəbər lenti