...

Azərbaycanda 380 adda zərərli kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb

Cəmiyyət Materials 11 Mart 2010 13:39 (UTC +04:00)
Azərbaycanda 2009-cu ildə ekspertizaya 2332 adda dini ədəbiyyat təqdim edilib, onlardan 380 adda zərərli kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb.
Azərbaycanda 380 adda zərərli kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb

Azərbaycan, Bakı, 11 mart / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanda 2009-cu ildə ekspertizaya 2332 adda dini ədəbiyyat təqdim edilib, onlardan 380 adda zərərli kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb.

"Çapına razılıq almaq məqsədilə ekspertizaya təqdim edilən 114 adda dini ədəbiyyatdan 21-də qüsurlar aşkarlandığından, müvafiq düzəlişlərin edilməsi tövsiyə olunub". Trend -un məlumatına görə, bu barədə hökumətin Milli Məclisə ötən ilin yekunları ilə bağlı hazırladığı hesabatda məlumat verilib.

2009-cu ildə "Dini etiqad azadlığı haqqında" Qanuna edilən əlavə və dəyişiklikləri icra etmək məqsədilə dini qurumların yenidən dövlət qeydiyyatından keçmələri üçün yerli icra hakimiyyətləri və dini mərkəzlərlə birgə lazımi iş aparılıb. Həyata keçirilən kompleks tədbirlər nəticəsində qısa müddət ərzində 150 dini qurum dövlət qeydiyyatına alınıb, 700-ə yaxın dini qurum qeydiyyatdan keçmək üçün sənədlərini Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə təqdim edib.

Xəbər lenti

Xəbər lenti