...

Azərbaycanda "Təzadlar" qəzetinin məhkəmə iddiası təmin edilməyib – Mətbuat Şurası

Cəmiyyət Materials 1 Aprel 2010 17:30 (UTC +04:00)
Azərbaycanın Mətbuat Şurası "Təzadlar" qəzetinin iddiasının məhkəmədə təmin olunması barədə informasiyaların həqiqəti əks etdirmədiyini açıqlayıb.
Azərbaycanda "Təzadlar" qəzetinin məhkəmə iddiası təmin edilməyib – Mətbuat Şurası

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir A.Hüseynbala/

Azərbaycanın Mətbuat Şurası "Təzadlar" qəzetinin iddiasının məhkəmədə təmin olunması barədə informasiyaların həqiqəti əks etdirmədiyini açıqlayıb.

"Bəzi kütləvi informasiya vasitələrində "Təzadlar" qəzetinin Mətbuat Şurasına qarşı Nəsimi rayon məhkəməsində qaldırdığı iddianın bu məhkəmə instansiyası tərəfindən təmin edildiyinə dair məlumatlar yanlışdır", - cümə axşamı Trend-ə Şuradan bildirilib.

Trend-in аrаyışı: Azərbaycanda 4100-dən çox kütləvi infоrmаsiyа vаsitəsi qеydiyyаtdаn kеçib. Hаzırdа оnlаrdаn 600-ə yахını fəaliyyət göstərir. Təхminən 400-ə qədər qəzеt və jurnаl dərc оlunur, 8 ümumrespublika, 14 regional, 13 kabel televiziyası fəаliyyət göstərir. Аzərbаycаndа 50-yə yaxın elektron KİV, təxminən 20 informasiya agentliyi vаr. Qalanları isə internet resurslarıdır.

Məlumatda qeyd edilir ki, Nəsimi rayon məhkəməsi martın 30-da hakim İkram Şirinovun sədrliyi ilə keçirilən prosesdə "Təzadlar"ın Mətbuat Şurasının rəhbərliyinə qarşı iddiasının təmin edilməməsi ilə bağlı qətnamə çıxarıb.

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası 2009-cu ilin sentyabrında keçirilmiş iclasında Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin müraciətinə əsasən, "Təzadlar" qəzetində səfir Hulusi Kılıç barədə gedən yazını müzakirə edərək müvafiq rəy çıxarıb. Həmin rəydə nəşrin məlum materialında peşə prinsiplərinin tələblərinə aşkar hörmətsizlik etdiyi əksini tapıb. Sənəddə həmçinin "Təzadlar"ın fəaliyyəti ilə bağlı quruma daxil olan digər şikayət və müraciətlərin motivləri nəzərə alınaraq nəşrin adının Şuranın "qara siyahı"sına salınmasının zəruriliyi göstərilib. MŞ-nin İdarə Heyəti 2009-cu il oktyabrın 22-də həmin rəy əsasında müvafiq qərar çıxarıb.

Xəbər lenti

Xəbər lenti