...

Azərbaycanda silahlı basqınlar törətməkdə təqsirləndirilən şəxslərə 21 il cəza verilib

Cəmiyyət Materials 7 Aprel 2010 12:07 (UTC +04:00)
Trend News-un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə Abşeron rayon sakinləri Pərvin Həşimov 11, İlham Əsgərov 10 il müddətinə azadlıqdan məhrum ediliblər.
Azərbaycanda silahlı basqınlar törətməkdə təqsirləndirilən şəxslərə 21 il cəza verilib

Azərbaycan, Bakı, 7 aprel / Trend , müxbir H.Bağırov/

Azərbaycanda silahlı basqınlar törətməkdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə MəhkəməAbşeron rayon sakinləri Pərvin Həşimov 11, İlham Əsgərov 10 il müddətinə azadlıqdan məhrum ediliblər.

Təqsirləndirilən şəxslər külli miqdarda pul əldə etmək məqsədilə qabaqcadan əlbir olaraq "Karvan" ticarət mərkəzindəki valyutadəyişmə məntəqəsində işləyən Cümşüd Hüseynovu qarət etmək qərarına gəlib.

2008-ci il fevral 18-də onlar Hüseynova silahlı basqın edərək, ona məxsus və içərisində 39 364 min manat nağd pul, həmçinin, 16 922 manat dəyərində qızıl zinət əşyaları olan çantanı götürərək hadisə yerindən qaçıblar.

Bundan başqa, təqsirləndirilən şəxslər Sumqayıt şəhərində bir neçə silahlı basqın həyata keçiriblər. 2009-cu il fevralın 20-də Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Həşimov və Əsgərov tutulublar.

Xəbər lenti

Xəbər lenti