"Şərq tərəfdaşlığı" ölkələrində mədəniyyət sahəsinin inkişafına 9 milyon avro ayrılacaq

Cəmiyyət Materials 22 Aprel 2010 17:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir Y.Ostapenko/

2010-cu ilin sonunda "Şərq tərəfdaşlığı" mədəni proqramı çərçivəsində müsabiqədə iştirak etmək üçün tender elan olunacaq. Proqram Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti (AQTA) tərəfindən 9 milyon avro məbləğində maliyyələşdirilir. Bu barədə AQTA-nın "EuropeAid" saytında dərc olunmuş illik hesabatında deyilir.

Proqramın ümumi məqsədi regionun davamlı inkişafında mədəniyyətin rolunun dəstəklənməsi, həmçinin "Şərq tərəfdaşlığı" regionunda dövlət müəssisələri, vətəndaş cəmiyyətləri və mədəniyət təşkilatları, fondlar, elmi təşkilatlar arasında regional əməkdaşlığın inkişafına yardım göstərilməsidir.

Azərbaycan Gürcüstan, Ermənistan, Moldova, Ukrayna və Belarus ilə birlikdə 2009-cu ildən Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramında iştirak edir.

Bu tender mədəniyyətin bütün sahələrini, o cümlədən kino və audiovizual sektor, müasir incəsənət, maddi və qeyri-maddi irsi əhatə edən regional əməkdaşlıq layihələrinə, həmçinin mədəni irsin qorunması üzrə layihələrin dəstəklənməsinə qrantlar verəcək.

Mədəni proqram aşağıdakı istiqamətlərə yönələcək:

- hökumət səviyyəsində siyasi islahatlların dəstəklənməsi və mədəniyyət təşkilatlarının potensialının artırılması, "Şərq tərəfdaşlığı" regionunda mədəniyyət sahəsində işçilərin peşəkarlığının artırılması;

- regional səviyyədə və Aİ ilə birlikdə mədəniyyət sahəsində informasiya və təcrübə mübadiləsinə yardım göstərilməsi;

- iqtisadi və mədəni sahənin inkişafına, sosial inteqrasiyaya, münaqişələrin nizamlanmasına və mədəniyyətlərarası dialoqun irəliləməsinə töhfə verən regional təşəbbüslərin dəstəklənməsi.

Xəbər lenti

Xəbər lenti