...

Dini liderlər "dünya pedaqogika"sını ön plana çəkməlidir – Vatikan nümayəndəsi

Cəmiyyət Materials 27 Aprel 2010 09:00 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin həllində dinin rolu əsaslı insan hüquqlarına hörmətə və beynəlxalq qanuna riayətə çağırış ola bilər. Bunu Dinlərarası Dialoq üzrə Papa Şurasının (Chair of the Pontifical Council for Interfaith Dialogue) sədri Jan-Lui Tauran Trend-ə deyib.
Dini liderlər "dünya pedaqogika"sını ön plana çəkməlidir – Vatikan nümayəndəsi

Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir Ü.Sadıxova/

Dağlıq Qarabağ münaqişəsinin həllində dinin rolu əsaslı insan hüquqlarına hörmətə və beynəlxalq qanuna riayətə çağırış ola bilər. Bunu Dinlərarası Dialoq üzrə Papa Şurasının (Chair of the Pontifical Council for Interfaith Dialogue) sədri Jan-Lui Tauran Trend-ə deyib.

Tauran bazar ertəsi Bakıda işə başlayan Dünya dini liderlərinin sammitində Vatikanın nümayəndə heyətini təmsil edir.

Dağlıq Qarabağ münaqişəsinin həllində dinlərarası dialoqun roluna gəlincə, Tauran insan hüquqlarına və hər bir xalqın ənənəsinə riayət etməyin əhəmiyyətli olduğunu qeyd edib.

"Bütün böhranların mərkəzində insanın olduğunu yaddan çıxartmamalıyıq", - o deyib.

"Hesab edirəm ki, dini liderləri "dünya pedaqogika"sını ön plana çəkməlidir. Biz siyasi liderlərə gələcək fəaliyyət üçün etik motivlər təklif etməyə cəhd edirik, ona görə ki, din harmoniya amilidır", -Tauran deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti