...

Azərbaycanda "dedovşina"da təqsirləndirilən hərbi qulluqçuların cəzası ağırlaşdırılıb

Cəmiyyət Materials 28 Aprel 2010 14:52 (UTC +04:00)
Trend-in məlumatına görə, bu gün Gəncə Apelyasiya Məhkəməsində Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin hərbi hissəsinin hərbi qulluqçuları - Qurbanоv Rza Yaşar оğlunun və Şiryayеv Ruslan Vadimоviçin cəzalarının ağırlaşdırılması ilə bağlı Hərbi Prokurorluğun apelyasiya protesti üzrə qərar elan edilib.
Azərbaycanda "dedovşina"da təqsirləndirilən hərbi qulluqçuların cəzası ağırlaşdırılıb

Azərbaycan, Bakı, 28 aprel /Trend müxbir H.Bağırov/

Azərbaycanda "dedovşina"da təqsirləndirilən hərbi qulluqçuların cəzasının ağırlaşdırılması ilə bağlı Hərbi Prokurorluğun apelyasiya protesti təmin edilib.

Trend-in məlumatına görə, bu gün Gəncə Apelyasiya Məhkəməsində Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin hərbi hissəsinin hərbi qulluqçuları - Qurbanоv Rza Yaşar оğlunun və Şiryayеv Ruslan Vadimоviçin cəzalarının ağırlaşdırılması ilə bağlı Hərbi Prokurorluğun apelyasiya protesti üzrə qərar elan edilib.

Qərara görə, apelyasiya protesti təmin edilib və Gəncə Hərbi Məhkəməsinin hökmü dəyişdirilib.

Məhkəmə təqsirləndirilən şəxslərin barəsində olan cərimə cəzası hökmü ləğv edilib və təqsirləndirilənlərə hərbi qulluqçuların 1 il müddətinə intizam xarakterli hərbi hissədə saxlanma və 1 il şərti cəza təyin edilib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, zərərçəkmiş şəxsin şərəf və ləyaqətini alçaltmaqla və ya ona qarşı zor tətbiq etmə (332.1) maddəsi ilə ittiham ediliblər.

Gəncə Hərbi Məhkəməsinin hökmü ilə Qurbanov və Şiryayevin hər biri 100 manat cərimə cəzasına məhkum еdiliblər.

Təqsirləndirilən şəxslər Müdafiə Nazirliyinin "N" saylı hərbi hissənin artillеriya diviziоnunun 3-cü batarеyasının 1-ci tağımının 2-ci manqasında baş tuşlayıcı vəzifəsində, əsgər rütbəsində xidmət kеçərkən 2009-cu ilin dеkabr ayında əsgər yoldaşlarını döyərək, onlara işgəncə veriblər.

Xəbər lenti

Xəbər lenti