...

Bakı şəhəri və ətraf qəsəbələrdə qanunsuz fəaliyyət göstərən 2 000-dən çox tullantı sahəsi "Təmiz Şəhər" ASC tərəfindən aşkar edilib

Cəmiyyət Materials 6 May 2010 11:51 (UTC +04:00)
Bakı şəhərinin 11 inzibatı rayonu ərazisində qeyri-qanuni fəaliyyət göstərən tullantı sahələrinin yerlərini müəyyənləşdirmək məqsədilə "Təmiz Şəhər" ASC-nin sifarişi ilə "EKO-REAL" MMC və Milli Ekoloji Proqnozlaşdırma Mərkəzi inventarlaşdırma işləri aparıb.
Bakı şəhəri və ətraf qəsəbələrdə qanunsuz fəaliyyət göstərən 2 000-dən çox tullantı sahəsi "Təmiz Şəhər" ASC tərəfindən aşkar edilib

Bakı şəhərinin 11 inzibatı rayonu ərazisində qeyri-qanuni fəaliyyət göstərən tullantı sahələrinin yerlərini müəyyənləşdirmək məqsədilə "Təmiz Şəhər" ASC-nin sifarişi ilə "EKO-REAL" MMC və Milli Ekoloji Proqnozlaşdırma Mərkəzi inventarlaşdırma işləri aparıb.

İnventarlaşdırma nəticəsində Bakı şəhəri və ətraf qəsəbələrin ərazisində 2 000-dən çox qanunsuz tullantı sahəsi aşkar edilib. Bu tullantı sahələrinin 38-nin ərazisi 100 kvadratmetrdən böyükdür. Ümumilikdə, Bakı şəhərinin 9 inzibati rayonunda (Qaradağ, Nərimanov, Səbail, Suraxanı, Yasamal, Sabunçu, Əzizbəyov, Binəqədi və Xətai) bu cür tullantı sahələri aşkarlanıb. İnventarlaşdırma işləri çərçivəsində aparılan monitorinq zamanı məlum olmuşdur ki, qeyri-qanuni tullantı sahələri mütəmadi olaraq yandırılır və bu ərazilərə tullantıların atılması davam etdirilir.

Tullantı sahələrinin ləvğ edilməsi və qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi məqsədilə "Təmiz Şəhər" ASC-nin təşəbbüsü ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin və "Təmiz Şəhər" ASC-nin daxil olduğu İşçi Qrupu yaradılmışdır.

"Təmiz Şəhər" ASC Bakı şəhəri və ətraf qəsəbələrdə fəaliyyət göstərən qanunsuz tullantı sahələri ilə əlaqədar, müvafiq tədbirlərin görülməsi məqsədilə aparılmış inventarlaşdırma ilə bağlı geniş hesabat hazırlayaraq, müvafiq qurumların, həmçinin, İşci Qrupun müzakirəsinə təqdim edəcək.

Xəbər lenti

Xəbər lenti