• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Əsas səhifə
  • Cəmiyyət

Azərbaycanda erkən nikahlar əhalidə mövcud yanlış stereotiplərlə bağlıdır - komitə sədri

14 May 2010 11:59 (UTC+04:00)
  • 0
  • 0

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda erkən nikahlar əhalidə mövcud yanlış stereotiplərlə bağlıdır. Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova hakim Yeni Azərbaycan Partiyasının internet-saytına verdiyi müsahibədə bildirib.

"Onlar öz övladlarının həyatını, xoşbəxtliyini qurmaq istədikləri halda, tamam əks, mürəkkəb bir vəziyyətlə üzləşirlər. Çünki 16-17 yaşlarında uşaq nə psixoloji, nə də fizioloji cəhətdən ailə qurmağa hazır olmur", - komitə sədri deyib.

Hüseynova bir neçə il öncə komitə tərəfindən bu problemin monitorinqinin keçirildiyini, araşdırmalar aparıldığını bildirib. Bunun nəticəsində ümumiləşdirilmələr aparılaraq, konkret fəaliyyət planı işlənib.

Komitə sədri bildirib ki, əhali arasında geniş maarifləndirmə proqramları aparılır.

Hüseynovanın sözlərinə görə, komitə erkən nikah probleminin həlli ilə bağlı tədbirlər paketi ilə çıxış edib. Buraya nikah müqaviləsinin bağlanması da daxildir. Komitə sədri deyir ki, Azərbaycan şəraitində bu praktikanın həyata keçirilməsi üçün daha geniş maarifləndirmə tədbirləri keçirilməlidir.

"Çox hallarda ailə münaqişələri və boşanmalar qadınların iqtisadi baxımdan hüquqlarının pozulmasına gətirib çıxarır. Nikah müqaviləsinin tətbiq olunması uşaq və qadınların hüquqlarının müdafiəsini gücləndirə bilər", - Hüseynova vurğulayıb.

Komitə nikaha daxil olan şəxslərin tibbi arayış təqdim etmək təklifi ilə də çıxış edib. Onun sözlərinə görə, bunun məqsədi müəyyən genetik, xroniki xəstəliklərin qarşısını almaq, sağlam nəslin dünyaya gəlməsini dəstəkləməkdir.

"Bu, gənc ailələrin qarşılaşa biləcəkləri problemlərin öncədən qarşısını almaqdır. İndi bu təklif müzakirələr mərhələsindədir; ümid edirik, cəmiyyətdə təklifimiz anlaşıqlıqla qarşılanacaq", - komitə sədri bildirib.

Hüseynova qanunvericiliyində qadınların hüquqlarının qorunması, ölkələrarası övladlığa götürmə, erkən nikahla mübarizə və s. sahələrdə müəyyən təkmilləşməyə ehtiyac olduğunu deyir.

Onun sözlərinə görə, erkən nikah hallarının qarşısının alınması üçün qanunvericilikdə həmin halın baş verməsinə dair məsuliyyətin kim tərəfindən daşınması və eyni zamanda, qanunvericilikdə əks olunan nikah yaşı məsələləri tənzimlənməlidir.

"Erkən nikah hallarının sayının Azərbaycanda azalması tendensiyası müşahidə olunur. Bununla bağlı Ailə Məcəlləsinin 10-cu maddəsində əks olunan nikah yaşına düzəliş edilməli və həmin maddəni pozan insan məsuliyyətə cəlb olunmalıdır. Bu, əsasən, Azərbaycanda demoqrafiya problemlərinin bundan sonra da uğurla həll olunmasına gətirəcək", - Hüseynova deyib.

Komitə sədri hazırda Azərbaycanda iki milyona yaxın ailə yaşadığını bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı news@trend.az
Bizi Twitter-dən izləyin @trend_az

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper
Kateqoriyasında olan digər xəbərlər
Qızıl-gümüş bazarında ötən günün tendensiyası davam edir - Bahalaşma var
Cəmiyyət 21:31
Moskvada ulu öndər Heydər Əliyevə həsr olunmuş beynəlxalq konfransın bölmə iclası keçirilib
Cəmiyyət 20:16
Sərgilər bürosu: Azərbaycanın Expo 2025 sərgisini keçirmək üçün bütün imkanları var (FOTO)
Cəmiyyət 20:13
Çaylarda növbəti monitorinq yenə biogen maddələrin miqdarının çox olduğunu göstərdi
Cəmiyyət 19:59
Səlim Müslümov: Prezidentin fərmanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsində növbəti mühüm addımdır (FOTO)
Cəmiyyət 18:52
BDU-da Riyaziyyat üzrə bilik yarışının ikinci və final mərhələsi başa çatıb (FOTO)
Cəmiyyət 18:42
Səlim Müslümov: Fərmana əsasən birdəfəlik ödəmələr hərbi qulluqçuların vərəsəlik hüququ olan ailə üzvlərinə veriləcək (FOTO)
Cəmiyyət 17:44
TRT Bakı nümayəndəliyinin rəhbəri "Beynəlxalq Jurnalistika Məktəbi"ndə olub (FOTO)
Cəmiyyət 16:52
Romada Heydər Əliyevə həsr olunmuş beynəlxalq konfransın bölmə iclası keçirilib (FOTO)
Cəmiyyət 16:12
Respublika Narkoloji Mərkəzin direktoru vəzifəsindən azad edilib
Cəmiyyət 16:04
"Koroğlu" metro stansiyasının "piramida" girişi təmirə bağlanır
Cəmiyyət 15:27
Azərbaycan dili fənnindən test imtahanı keçiriləcək
Cəmiyyət 15:20
Bu il baş verən ana ölümlərinə görə 12 nəfərə töhmət verilib - Həbs olunan da var
Cəmiyyət 13:59
Sabahın havası: Yağış, qar...
Cəmiyyət 12:26
Qırğızıstanlı diplomat UNEC-də (FOTO)
Cəmiyyət 12:24
Mübariz Qurbanlı: Yad ünsürlərin təsirinin qarşısını birgə almalıyıq
Cəmiyyət 12:13
BANM Poltava Milli Texniki Universiteti ilə əməkdaşlığı genişləndirir
Cəmiyyət 11:58
Müəllimlər üçün ixtisasartırma təlimlərinə start verilir
Cəmiyyət 11:30
Ən çox oxunanlar
Prezident İlham Əliyev: Prezident seçkiləri Azərbaycan xalqının iradəsini əks etdirib (YENİLƏNİB-2)
Prezident İlham Əliyev: Prezident seçkiləri Azərbaycan xalqının iradəsini əks etdirib (YENİLƏNİB-2)
Nazir: Türkiyə Azərbaycanla ticarət hesablaşmalarında milli valyutaya keçməyə hazırdır (ÖZƏL)
Prezident İlham Əliyevin Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi haqqında sərəncam imzalayıb
Əhalinin banklarda 7.7 milyard manatdan artıq pulu var
Nəzər nöqtəsi
Deputat: Ermənistan hakimiyyəti işğalçılıq siyasəti ilə ölkəni dalana dirəyib

Deputat: Ermənistan hakimiyyəti işğalçılıq siyasəti ilə ölkəni dalana dirəyib

Elman Nəsirov: Ermənistanda siyasi böhran pik nöqtəsinə gəlib çatıb
Zakir Nuriyev: Azərbaycanda banklar əhalinin xarici valyutaya olan tələbatını tam təmin edir
Ramiz Mehdiyev: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionun ən perspektivli ölkəsinə çevrildi
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Info Service
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2018 Trend News Agency
İstifadə şərtləri
  • counter